151
zamanı isə orqanizm öz həyat fəaliyyətini başqa üzvi maddələrdən sintez olunan
qlükoza sayəsində mühafizə edir. Bu proses aşağıdakı sxemdə göstərilmişdir:
Sxemdən göründüyü kimi qlükoza piroüzüm və süd turşularından Krebs
dövranının aralıq məhsullarından, lipidlərin parçalanması nəticəsində yaranan
qliserindən və qlikontörədici aminturşularından (qlisin, alanin, serin, alanin,
treonin, valin, qlutamin və asparagin turşuları, arginin, histidin, prolin, oksiprolin)
sintez oluna bilər. Orqanizmin təlabatından asılı olaraq qlikoneogenez prosesi ya
qlikogenin sintez olunduğu mərhələyə qədər davam edir, ya da bu prosesdə əmələ
gələn qlükoza-6-fosfat hidrolitik yolla qlükozaya və fosfat turşusuna parçalanaraq
qan vasitəsilə toxumalara daşınır. Bunlara qlikogen əmələ gətirən aminturşuları da
deyilir. Çünki göstərilən aminturşuları orqanizmdə ketobirləşmələrin miqdarının
azalmasına şərait yaradır.
Dostları ilə paylaş: