81
Bu vitamin yabanı bitkilərdən yemlikdə 3,1 mq %, yolotunun tərkibində isə
1,4 mq %
olur. Heyvan məhsullarından
PP vitamini qaraciyərdə, böyrəklərdə və
ətdə də çoxdur.
B
12
vitamini
- B
12
vitamini və ya siankobalamin porfirinə yaxın mürəkkəb
maddə olub, tərkibində ribozanın qalığı, üzvi fosfor, sian (CN-) qrupu və metilləş-
miş benzimidazol halqası vardır. B
12
vitamininin tərkibində kobalt da olur. Onun
tərkibi (C
63
H
90
N
14
PCo
0
) və quruluşu tam öyrənilib sintez olunmuşdur.
Gövşəyən heyvanların mədəsində saprofit halda yaşayan bəzi bakteriyalar
B
12
vitaminini sintez edir. Belə heyvanların qidasında kifayət qədər kobalt olduqda
onları B
12
vitamininə qarşı təlabatları bakteriyaların fəaliyyəti sayəsində ödənilir.
Torpağında kobalt olmayan otlaq sahələrində
qidalanan heyvanlarda B
12
vitamininin çatışmazlığı hallarına tez-tez təsadüf edilir. Çünki belə heyvanlar B
12
vitaminini sintez edən bakteriyaların fəaliyyəti üçün lazım gələn kobaltla təmin
edilmir. İnsanların bağırsaqlarında B
12
vitaminini sintez edən bakteriyalara rast
gəlinir, ancaq onlar təlabatı ödəmir.
Siankobalamin iynəvari-yaqutu-qırmızı rəngli, iysiz, dadsız kristal maddədir.
Suda məhlulu açıq-yasəmən rəngdədir. Bu vitamin suda yaxşı
həll olur, kristalları
300
0
C-də əriyir, benzolda, efirdə, asetonda və xloroformda həll olmur. İşıqda
fəallığını itirir, amma qaranlıqda uzun müddət qalır. Optik fəaldır. B
12
– vitami-
ninin bəzi törəmələri bir sıra ferment sistemlərinin fəaliyyətində koferment
(kobamid kofermentləri) şəklində iştirak edir.
C vitamini
-
C
vitamini ilk dəfə İ. Drummod (1919) bitki şirəsindən almışdır.
1923-cü ildə Sent-Dyerdi və S. Zilve
C
vitamini
ilə güclü reduksiyaedici
qabiliyyətinə malik olan heksuron turşularının xassələri arasında ümumi cəhətlər
olduğunu aşkara çıxarmışdır. 1931-ci ildə N. A. Bessonov kələm şirəsində
C
vitamininin kristallik preparatını əldə etmişdir. 1933-cü ildə A. Reyx-şteyn
C
vitaminini sintetik yolla əldə etmişdir.
Aksorbin turşusundan bir molekul hidrogen çıxarıldıqda dehidroaskorbin
turşusu alınır. Sonuncuya hidrogen birləşdikdə isə
əksinə askorbin turşusuna
çevrilir. Dehidroaskorbin turşusu diketoqulon turşusunun laktonudur.
C vitamini suda və spirtdə yaxşı həllolan, turş dadlı, rəngsiz, davamsız
kristal birləşmədir. 192
0
C temperaturda əriyir, oksidləşdiricilərin təsirindən tez
pozulur, havada asan oksidləşir.
Askorbin turşusu orqanizmdə əsasən oksidləşmiş, yaxud zülallarla birləşmiş
formada askorbigen halında olur.
C
─
CH
2
─ ─
O C
6
H
7
O
5
NH
82
C vitamininin əsas funksiyalarından biri kallagenin
sintezində iştirak
etməsidir. Kollagendə damarların endotelisinin, birləşdirici toxumanın, qığırdaq-
ların, sümük toxumasının tərkib hissəsidir.
Askorbin turşusu qaraciyərdə toksinləri (difteriya, vərəm, dizenteriya və s.)
zərərsizləşdirir. Nuklein turşularının, zülalların, karbohidratların mübadilsində
iştirak edir, bağırsaqda dəmirin sorulmasına şərait yaradır, yoluxucu xəstəliklərə
qarşı orqanizmin müqavimətini artırır. Bu vitamin bir sıra fermentlərin: arginaza-
nın, amilazanın, katepsinlərin fəallığını yüksəldir,
kortikosteroidlərin əmələ
gəlməsində iştirak edir, piridin nukleotidlərinin (xüsusən HADF-n) sintezini artırır.
Son zamanlar müəyyən edilmişdir ki, C vitamini bir sıra tioqlikozidlərin hidrolizini
sürətləndirən fementlərin fəal qrupunu yaradır.
C vitamini çatışmadıqda insanda, meymunlarda sınqa və ya skorbut xəstəliyi
baş verir. Bu xəstəlik insanlara hələ XVI əsrdə bəlli idi. Lakin səbəbini bilmirdilər.
Xəstəlik ağız boşluğunda yaraların əmələ gəlməsi, dişlərin laxlayıb tökülməsi,
dərialtında nöqtəvarı qan sağıntılarının olması ilə xarekterlənir. Ürək sahəsində
ağrılar olur, tənginəfəslik müşahidə edilir.
Kənd təsərrüfatı heyvanları karbohidratlardan
C vitamini sintez etmək
qabiliyyətinə malikdir və ona ehtiyacları postnatal dövrün ilk günlərində olur.
C vitamini D-qlükuron turşusunun laktonundan sintez olunur. Bu prosesdə
iştirak edən fermentlərdə (qlükuronreduktaza, qulonoksidaza və s.) müəyyən
edilmişdir. Onlar heyvanların qaraciyərində mikrosomlarda vardır.
Kənd təsərüfatı heyvanlarının orqanizmində C vitamini ən çox böyrəküstü
vəzlərdə, ağciyərdə, dalaqda, hipovizdə, qaraciyərdə və s. olur. C
vitamini ilə süd
də zəngindir, lakin əzələlərdə azdır. Bu vitamin bitkilərin yaşıl hissəsində,
tərəvəzlərdə də çoxdur. İtburnu meyvəsində 100-400 mq%, limonda 40-60 mq%
askorbin turşusu vardır. Bu vitaminin miqdarı bəzi yabanı bitkilərdə də (ciriş və
pərpətöyündə290 mq%, gicirkəndə 178 mq%) çoxdur.
Dostları ilə paylaş: