86
Hormonlar digər maddələrdən öz spesfikliyinə, yüksək bioloji aktivliyinə,
xüsusi vəzilərdə sintez olunaraq qana ifraz etmələrinə və təsirinin distanlığına görə
fərqlənir. Göstərilən xassələrin hamısına malik olan hormonlar həqiqi hormonlar
hesab edilir.
Hormonların spesifikliyi –
onun xarakterik kimyəvi quruluşuna və quruluşa
müvafiq gələn bioloji təsir xüsusiyyətinə malik olması
müəyyən bir vəzdə sintez
olunaraq qana ifraz edilməsi nəzərdə tutulur.
Hormonlar çox yüksək bioloji aktivliyə malikdirlər. Onlar olduqca kiçik
dozalarda (bioloji mayelərin hər 100 ml-də nanoqram və mikroqram 10
-6
dozada)
öz təsirini təzahür etdirir. Onlar yalnız periferik toxumalarda müəyyən dəyşirikliyə
uğradıqdan sonra hormonal aktivliyi əldə edirlər. Buna görə onları
parahormonlar
adlandırmaq daha məqsədəuyğundur. Cinsiyyət vəzlərində və böyrəküstü vəzinin
qabıq maddəsində hazırlanan androstendion və dehidroepiandrosteron parahor-
monların nümayəndələridir. Bəzi endokrin vəzilərin məhsulları eyni zamanda həm
hormon, həm də parahormon vəzifəsini daşıya bilir (məsələn, testosteron,
lipotropin).
Həqiqi hormonlar toxuma hormonlarından fərqli
xüsusiyyətləri sintez
olunduğu vəzdən xeyli uzaqda yerləşən toxumalar təsir göstərməsidir. Bu xassə
hormonların –
distantlığıdır.
Endokrin vəzilərin fəaliyyətində əks-əlaqə prinsipi mövcuddur. Belə ki,
hipovizin ön payının, qalzxanabənzər vəzinin, cinsiyyət vəzlərinin və böyrəküstü
vəzin qabıq maddəsinin fəaliyyətini tənzim edən bir neçə hormon hipovizin ön
payının hormonlarının sekresiyasına təsir göstərir.
Endokrin vəzilərin fəaliyyətinin sinir sistemindən asılılığı
əlaqəli və əks
əlaqəli formada qurulmuşdur.
Sinir sistemi endokrin vəzlərin fəaliyyətinə əsasən hipotalamus vasitəsi ilə
təsir göstərir. Xarici və daxili amillərin təsiri altında orqanizmin toxumalarında
yerləşən reseptorlarda impulslar yaranaraq mərkəzi sinir sisteminə verilir. Nəticədə
hipotalamusda spesifik tənzimedici hormonlar (leberinlər və statinlər) sintez
olunur. Onların təsiri ilə hipovizin ön payının hormonlarının sintezi sürətlənir ya
da ləngiyir. Hipovizin ön payının hormonları isə öz növbəsində digər daxili
sekresiya vəzilərinin fəaliyyətinin tənzimində iştirak edir.
Beləliklə, yuxarıda
göstərilən xassələr hormonların bioüzvi maddələrin xüsusi bir qrupu kimi səciyyə-
ləndirməyə və onları digər humoral amillərdən (sinir sisteminin mediatorları,
toxuma hormonları və s.) fərqləndirməyə əsas verir. Qeyd etmək lazımdır ki,
humoral amillərin hormonal və qeyri-hormonal növlərə bölünməsi müəyyən
dərəcədə məqsədəuyğun olsa da, şərtidir. Hormonlarla prohormonlar, histohor-
monlar və hüceyrədaxili tənzimedicilər arasında kəskin fərq yoxdur. Bəzi
birləşmələr bu maddələr arasında aralıq mövqe tutur. Eyni bir maddə həm hormon,
87
həm də histohormon üçün səciyyəvi olan xassələrə malik ola bilər (məsələn,
progesteron).
Bundan əlavə, qeyri-hormonal amillərin əksəriyyətinin təsir
mexanizmi hormonların hüceyrələrə təsirinin həyata keçirilməsi ilə əlaqədardır.
Dostları ilə paylaş: