94
kotropin, tireotropin, laktotropin.
Somatotropin.
Bu, zülal təbiətli maddə olub, tərkibi heyvanın
növündən
asılıdır. Qaramalın somatotropinində 396, insanınkında isə 190 aminurşusunun
qalığı vardır. Sonuncu 1971-ci ildə sintez edilmişdir. Müxtəlif heyvanlarda
somatotropinin molekul kütləsi 25-46 min dalton arasında dəyişir. Somatotropinə
boy hormonu da deyilir. Bu hormon toxumalarda sərbəst aminturşularının
miqdarını azaldır, zülalların sintezini artırır, sidiklə
azotlu maddələr az ifraz
olunur. Diabetogen və pankreotrop təsir bununla əlaqədardır. Karbohidratların
mübadiləsinə təsir edərək əzələlərdə qlikogenin miqdarını çoxaldır.
Somatotropin hüceyrələrin bölünməsini, hüceyrə nüvəsinin və sitoplazmanın
tərkibinə daxil olan zülalların biosintezini sürətləndirir. Bu hormon sümük və
qığırdaq toxumalarına xüsusilə güclü təsir göstərir, böyrək parenximasının
inkişafını
stimulə edir, fosfataza fermentini fəallığını artırır. Onun təsirindən süd
vəzilərinin fəaliyyəti və qanda eritrositlərin əmələ gəlməsi sürətlənir.
Samatotropin hüceyrələrin böyüməsinə həm bilavasitə, həm də somatomedin
(somatotropinin mediaboru) adlanan zülali maddələrlə biokomplekslər şəklində
təsir göstərir. İnsanın qanında somatomedinlərin 6 növü tapılmışdır.
Honadotrop hormonlar.
Bu ad altında hipovizin ön payında
sintez olunan
follikultənzimedici, lüteinləşdirici və lakfogen hormonlar birləşdirilir. Honadotrop
hormonlar mürəkkəb quruluşa malik olan qlükoproteidlərdir. Qanda bu hormon-
ların miqdarı artdıqca hipotalamısda müvafiq tənzimedici amillərin sintezi azalır.
Folikultənzimedici hormon -
follitropin dişilərin yumurtalığında olan
folekullara, erkəklərin toxumluğunda gedən spermatogenez prosesinə stimuləedici
təsir göstərir. İnsan folekultənzimedici hormonu molekul kütləsi 34 000 Dalton
olan qlükoproteiddir.
Lüteinləşdirici
hormon-
dişilərdə
ovulyasyanı
(folekulun
partlaması
yumurtahüceyrənin azad olması) və yumurtalıqlarda sarı
cismin əmələ gəlməsini
sürətləndirir, erkəklərdə isə androgenləri hasil edən leydiq hüceyrələrinin
fəaliyyətini tənzim edir. İnsanda lüteinləşdirirci hormonun molekul kütləsi 28-500
Daltondur.
Laktogen hormon (laktotropin)-
süd vəzilərinə estrogenlər kimi təsir göstərir
onların poliferasiyasına səbəb olur və hamiləlik dövründə hipotrofiyaya uğramış
süd vəzilərində südün əmələ gəlməsini və ifrazını artırır. Bundan əlavə prolaktin
hamiləlik dövründə yumurtalıqlarda yeni yumurta hüceyrələrinin qarşısını alır.
Onun molekul kütləsi 24 minə yaxın polipeptiddir.
Andrenokortikotropin (AKTH).
Bu hormon 39 aminturşusunun qalığından
ibarət polipeptiddir, sintez edilmişdir. Müxtəlif heyvanların adrenokortikotrop
hormonu quruluşca fərqlənir.
Kortikotropin və ya adrenokortikotrop hormon böyrəküstü vəzilərin qabıq
95
hissəsinə təsir göstərməklə karbohidratların mübadiləsində iştirak edir.
Tireotropin.
Tireotrop təsir göstərir yəni qalxanavarı vəzin fəallığını
artırmaqla tiroksinin istehsalını çoxaldır. Əsasən karbohidratların
mübadiləsinə
təsir edir. Bu hormon qlükoproteiddir, qeyri-zülal hissəsi karbohidratlardandır.
Tərkibində 3,5%
Dostları ilə paylaş: