3. Malların və xidmətlərin mənşəyi 3.1. Satın alınan malların və göstərilən xidmətlərin (o cümlədən yerinə yetirilən işlər çərçivəsində satın
alınan malların və göstərilən xidmətlərin) mənşəyi Azərbaycan Respublikasının mövcüd qanunvericiliyində
v
ə Azərbaycan Respublikasının tərəfdar çıxdıgı beynəlxalq sazişlər çərçivəsində qəbul olunmuş qərarlara
əsasən satın alınması qadağan olunmuş ölkələrdən (ərazilərdən) olmamalıdır. Müqavilədə nəzərdə tutulan
bütün malların mənşəyi və harada istehsal olunduğu bilinməlidir. 3.2. Malların və xidmətlərin mənşəyi dedikdə, malların istehsal olunduğu, əkildiyi və ya hasil edildiyi,
xidm
ətlərin isə göstərildiyi ölkə (ərazi) nəzərdə tutulur. Malların və xidmətlərin mənşəyi iddiaçının dövlət
m
ənsubiyyətindən fərqlənə bilər. 4. M əxfilik 5.1. İddiaçılar və onların işçiləri kotirovkalar sorğusunun şərtlər toplusunu, bütün digər məlumatları və
yazışmaları məxfi saxlamalı və satınalan təşkilatın yazılı razılığı olmadan hər hansı belə sənəd və
məlumatları üçüncü tərəflərə açıqlamamalıdırlar. Buna baxmayaraq təklifin hazırlanması üçün zəruri
hallarda iddiaçılar belə məlumatları üçüncü tərəflərə onların məxfilik barədə yazılı razılığı olduqda açıqlaya
bilərlər. Kotirovkalar sorğusunun şərtlər toplusu satınalan təşkilatın mülkiyyətidir və malgöndərənlərə
(podratçılara) yalnız kotirovka təkliflərini hazırlamaq və təqdim etmək məqsədilə verilmişdir. Şərtlər
toplusunun surətini çıxarmaq və ya onu hər hansı digər məqsəd üçün istifadə etmək olmaz.
5. Kotirovka sorğusunun şərtlər toplusunun məzmunu 5.1. KSŞT-da satın alınan malların (işlərin və xidmətlərin) texniki xüsusiyyətləri, keçirilən kotirovka
sorğusu prosedurunun qaydaları və satınalma muqaviləsinin şərtləri əks olunur. Kotirovka sorğusunun
şərtlər toplusu aşağıdakı hissələrdən ibarətdir:
- Kotirovka sorğusu iştirakçıları üçün Təlimat (KSİT);
- Şərtlər Toplusunun Məlumat Xəritəsi (ŞTMX);
- Satınalma müqaviləsinin forması;
- Müqavilənin Xüsusi Şərtləri (MXŞ);
- Satın alınan malların (işlərin və xidmətlərin) texniki şərtləri və xüsusiyyətləri;
- Kotirovka təkliflərinin qiymətləndirilməsi üsulu;
- Malların (işlərin və xidmətlərin) qiymət cədvəli;
- Satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının forması.
5.2. İddiaçı Kotirovka sorğusunun şərtlər toplusunun məzmununu, o cümlədən təlimatları, formaları
v
ə şərtləri öyrənməlidir. Bu sənədlər və kotirovka təklifi haqqında tam təsəvvürü, məlumatı olmayan,
Kotirovka sorğusunun şərtlər toplusunun tələblərinə uyğun gəlməyən təklif vermək iddiaçının kotirovka
t
əklifinin kənarlaşdırılması ilə nəticələnə bilər.