Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
Maşınşünaslıq (Mühazirələr)


Partlayışla qaynaq 

Diffuzion qaynağı 

Yüksək tezlikli cərəyanla qayna 
BİRLƏŞMƏLƏR VƏ ONLARIN TƏSNİFATI 
Birləşdirmə-ayrı-ayrı detalların, yığım vahidlərinin və ya aqreqatların fiziki yol 
ilə qarşılıqlı vəziyyətə gətirilməsindən alına məmulata deyilir. Birləşmələr 
bütövlüyü və hərəkətliliyinə görə təsifata bölünürlər. Bütövlüyü nəzərə 
alınmaqla birləşmələr sökülən və sökülməyən, hərəkətliyinə görə isə hərəkətli 
və hərəkətsiz olurlar. Şək. 1-də birləşmələrin təsnifatı verilmişdir. Şək.1. 
Sökülən birləşmələr elə birləşmələrə deyilir ki, onların tərkibinə daxil olan 
detalları (yığım vahidlərini və ya aqreqatları) biri-birindən ayırdıqda və ya 


təkrar yığdıqda onların həndəsəsi (forma və ölçüləri) və xassələr dəyişməz 
qalır. Sökülməyən birləşmələr elə birləşmələrə deyilir ki, onların tərkibinə daxil 
olan detalları (yığım vahidlərini və ya aqreqatları) biri-birindən ayırdıqda 
onların kontakt səthlərinin həndəsəsi və xassələri dəyişir. 8 SÖKÜLƏN 
BİRLƏŞMƏLƏR. BOLT VƏ SANCAQ BİRLƏŞMƏSİ Burada iki hal 
mövcuddur: birləşmədə iştirak edən elementlərdə İŞGİL BİRLƏŞMƏSİ 
Sadəliyinə və etibarlılığına görə işgil birləşməsindən maşınqayırma 
kompleksində geniş istifadə olunur. Şək.20-də val, oymaq (dişli çarx, mufta, 
qasnaq və s.) və işgildən ibarət birləşmələr göstərilmişdir. Birləşməni yaratmaq 
üçün valın üzərində və oymağın daxilində işgil yuvası açılır. İlkin olaraq işgil 
valdakı yuvada oturdulur. Sonra oymaq xüsusi tərtibatın köməkliyi ilə işgilli 
vala keçirilir. Nəticə olaraq yaranan konstruksiya valdan fırladıcı momenti 
oymağa ötürülməsini təmin edir. İşgillər prizmatik, seqmentli və pazvari olur. 
Ən çox prizmatik işgillərdən istifadə edirlər. Prizmatik işgilləri üç icrada 
hazırlayırlar (bax şək.20, a). Seqmentli işgillər iki icrada hazırlanırlar. İsgil və 
ona uyğun yuvanın ölçüləri standartlaşmışdır və valın diametrindən asılıdır. 
ŞLİTSLİ BİRLƏŞMƏ Bu birləşmə şlitsli val və onun üzərinə taxılan slitsli 
oymaq vastəsi ilə əmalə gətirilir (şək.21). Val və oymağın müvafiq olaraq 
xarici və daxili üzərindəki çıxıntıların profili- düzyanlı, üçbucaq və evolvent 
şəkilli olur. Düzyanlı və evolvent dişli birləşmələr uyğun olaraq 
standartlaşmışdır, ГОСТ 1139-80 və ГОСТ 6033-80. Üçbucaq profilli şlitsli 
birləşmələri isə standartlaşdırılmayıb. Şək.21. 23 Standarta görə birləşmələrin 
üç seriyası nəzərdə tutulmuşdur - yüngül, orta və ağır. Onlar bir-birindən 
dişlərin (şlitslərin) hündürlüyü, forması və sayı ilə fərqlənir. Şək.22. Şək.22-də 
şlitsli birləşmələrini xarakterizə edən parametrlər göstərilmişdir. ГОСТ 2.409-
74-ə görə düzyanlı şlitsli birləşmələrin əsas parametrləri: dişlərin sayı Z, daxili 
diametr d, xarici diametr D, dişin eni b. Şlits birləşməsində mərkəzləşmə D, d 
və b parametrlərinə görə aparılır və işarələnmədə bu nəzərə alınır. Dişlərinin 
sayı Z-8, daxili diametri d-36 mm, xarici diametri D-40 mm, dişin eni b-7 mm 
olan düzyanlı şlitsli birləşmənin şərti işarəsi aşağıda göstərilmişdir: Xarici 
diametr (D) üzrə mərkəzləşməklə D-8х36х40х7 ГОСТ 1139-80; Daxili diametr 
(d) üzrə mərkəzləşməklə d-8х36х40х7 ГОСТ 1139-80; Yan səth (b) üzrə 
mərkəzləşməklə b-8х36х40х7 ГОСТ 1139-80. Şək.23. Şlitsli birləşmə 24 
PƏRÇİM BİRLƏŞMƏLƏRİ Sökülməyən birləşmələri yaratmaq üçün istifadə 
olunan vasitələrdən biri də pərçimləmə üsuludur. Pərçim birləşməsinin ümumi 
sxemi şək.24,a və b-də verilmişdir. Şək.24 Adətən pərçimlər vasitəsilə təbəqə 
şəkilli konstruksiyaları birləşdirirlər. Pərçimlər müxtəlif icrada hazırlanırlar: 
bütöv, yarı içi boş və içi boş (bax şək.25). Şək.25 Pərçimləməni əl ilə və ya 
pnevmatik çəkiclərin, preslərin köməyilə yerinə yetirirlər. 25 Pərçimlərin 
hazırlanmasında poladdan, bürüncdən, misdən və yüngül xəlitələrdən istifadə 
olunur Pərçimin işarələnməsi aşağıdakı kimi yerinə yetirilir: Pərçim 8х20.01 
ГОСТ 14797-85. Su, qaz, istilik təchizatında, eləcə də sahələr arası və 
magistral neft-qaz boru kəmərlərini baş-başa birləşdirmək üçün flanslardan 
istifadə olunur. Flanslı birləşmələr aşağıdakı hissələrdən ibarətdir: flansın özü, 
bərkidici məmulatlar dəsti (sancaqlar, boltlar, qaykalar, şaybalar və s.) və 


araqatları (paronit, ftoroplast, polad və s.). Flanslı birləşmələr iki növdə 
quraşdırılır: flanslar arasında araboşluğu saxlanmaqla və saxlanmamaqla. Hər 
növ birləşmədə iki variantı nəzərdə tutulur: flans-flans və gövdə-flans. 
Flansların ölçüləri ГОСТ 12820-80, ГОСТ 12821-80 və ГОСТ 12822-80 
müəyyən edilir. Detalları dəqiq yerləşdirmək və sonrakı sökmə-yığma 
əməliyyatlarında bu qarşılıqlı əlaqə vəziyyətini tam təmin etmək mədsədi ilə 
ştiftlərdən istifadə edirlər (şək.28). Ştiftlər silindrik və konus şəkilli (konusluq 
1:50) olmaqla, uclarında xarici və daxili yivi olan və ya yivsiz, yaylı və s. 
növləri istehsal olunurlar. Konus şəkilli birləşmələri hazırlamaq asandır və 
onlar məmulatın dəfələrlə sökülməsinə və yığılmasına imkan verir. Belə 
hallarda detalların biri ilə gərginlikli, digəri ilə isə araboşluqlu birləşir.  

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin