Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
Maşınşünaslıq (Mühazirələr)

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
Zəncir ötürməsi 
 
Zəncir ötürməsi dartma ötürməsi olub, polad zəncirlərin köməyi ilə fırlanma 
hərəkətini paralel vallar arasında ötürməyə xidmət edir. Ötürmə oymaq, diyircəkvə 
ya dişli zəncirlərin köməyi ilə yerinə yetirilir. Fırlanma zamanı 
böyük mərkəzdənqaçma qüvvəsini yarandığına görə zəncir ötürməsi aşağı 
sürətlərdə böyük çevrəvi qüvvələrin ötürülməsində tətbiq edilir. Böyük güclərdə 
işləyən ötürmədə bir neçə zəncir boltlarla bir-birinə bərkidilir. 
 
Motosikl və velosiped zəncirləri 
Ən sadəsi oymaqlı zəncir ötürməsidir. O, oymaq preslənmiş lövhədən ibarət daxili 
və çivi preslənmiş xarici bənddən ibarətdir. Çivi oymağa keçirilərək hərəkətli 
birləşmə yaradır. Yeyilməni və səs yaranmasını azaltmaq üçün oymağa fırlanan 
diyircək keçirilir. İş zamanı bu diyircəklər ulduzcuqlarla təmasda olaraq səlis iş 
yaradır. Zəncirlərin birləşdirilib-açılması üçün ona qıfıl hissəsi əlavə edilir. 
Əvvəlcədən tarım çəkilməsinə ehtiyac yoxdur, çünki birləşmə kinematik ilişmə 
əsasında baş verir. Ona görə də, faydalı qüvvə (Fn) qollarda yaradılan qüvvəyə 
(F1) bərabər olur. Ancaq digər tərəfdən zəncirin boş asılması da yol verilməzdir. 
Bu, fırlanma zamanı zəncirin ulduzcuqlardan çıxmasına səbəb ola bilər. 
Zəncir ötürməsinin geniş tətbiq sahəsi maşınqayırma, kənd təsərrüfatı 
maşınları və nəqledici maşınlardan ibarətdir. Maşınqayırmada zəncir ötürməsi 15 
m/san-yə qədər sürətlərdə və 100 kVt-a qədər güc ötürməsində işlədilir. Xüsusi 
intiqallarda iş sürəti 35 m/san-yə, güc isə bir neçə min kVt həddində ola bilər. Bu 
ötürmənin köməyi ilə hərəkət 8m-ə qədər bir məsafəyə ötürülə bilər. Bundan əlavə 
onun kiçik qabarit ölçüləri, sabit ötürmə ədədi və yüksək f.i.ə.-na malik olması 
üstünlüklər verir. Zəncir ötürməsinin çatışmayan cəhətləri ondan ibarətdir ki, 
ulduzcuqların dişlərinin sayı və addımı arasında ciddi asılılıq mövcuddur. Bu 
pozulduqda ötürmədə problemlər yaranır. Məsələn, dişlərin sayı az, addım böyük 
olduqda zəncir ötürməsi səssli işləyir, yeyimə böyük olur, titrəmələr yaranır. 
Ötürmənin istiqamətini dəyişmək üçün ötürməni qabaqcadan saxlamaq lazımdır. 
Zəncir ötürməsində hərəkəti yalnız paralel vallar arasında ötürmək mümkündür. 


Zəncir ötürməsinin davamlığına onun bəndlərinin möhkəmliyindən çox oymaq və 
çivilər arasında yeyilmə prosesi daha çox təsir edir. Yeyilmə zamanı bölgünün 
qiyməti böyüyür və nəticədə zəncir dişlərdən kənara sıçrayır. Buna görə də, zəncir 
yenisi ilə əvəz olunmalıdır. Zəncir lövhələri tablandırılmış ortakarbonlu və 
legirlənmiş poladlardan hazırlanır. Oymaq və diyircəklər üçün bərkliyi HRC 
40…65 olan sementləşdirilmiş poladlar tətbiq edilir. Ulduzcuqlar bütöv və ya 
qüraşdırılmış konstruksiyalardan hazırlanır. Burada da ortakarbonlu poladlardan 
istifadə edilir. Səs-küyü və yeyilməni azaltmaq məqsədilə çox vaxt ulduzcuqların 
dişləri plastmasla örtülür. Zəncir ötürməsinin hazırlanması böyük xərclərlə 
bağlıdır. Ancaq onlar səssiz iş, aşağı poliqon effekti, yüksək çevrəvi sürət və 
diyircəkli quruluşda aşağı yeyilmə göstərirlər. Zəncir çarxları evolvent profilə 
malik olub, dişlərin yan səthləri 30° bucaq altında mailliyə malikdirlər. Qayış 
ötürməsindən fərqli olaraq zəncir ötürməsində gərilmə qüvvəsinin yaradılmasına 
ehtiyac yoxdur. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin