Oxlar və vallar, təsnifatı.Fırlanan maşın detallarını öz üzərində saxlayan detallara
ox və val deyilir.
Ox və vallar en kəsiyinin formasına görə bütöv, yaxud çəkisini azaltmaqməqsədilə
içiboş hazırlanır.
Təyinatına görə vallar aşağıdakı növlərə bölünür:
ümumi təyinatlı-ötürmə valları; belə vallar üzərlərində fırlanan maşın detallarını
saxlamaqla eyni zamanda həm aparılan, həmdə aparan olur.
xüsusi təyinatlı-əsas vallar: bunlar eyni zamanda həmdə irəliləmə-geriləmə
hərəkətini fırlanma hərəkətinə və əksinə çevirmək üçündür
ox və valların möhkəmliyə hesablanması iki mərhələdə aparılır:
Təqribi və Dəqiqləşdirilmiş hesablama.
Təqribi hesablama - layihə hesablanması,
dəqiqləşdirilmiş hesablama dözümlülüyə görə yoxlama hesablamasıdır
Oxun əyilməyə hesablanması.
a.Oxların təqribi hesablanması. Oxların
əyilməyə görə təqribi hesablanması
aşağıdakı ardıcılıqla aparılır:
Oxun hesablama sxemi çəkilir, dayaqlar və ox üzərində yerləşən hissələr sxematik
olaraq göstərilir
b. Təsir edən qüvvələr və dayaq reaksiya qüvvələri qeyd olunur.
c. Müvazimat şərtləri tərtib olunur və dayaq reaksiya qüvvələri tapılır.
Bu məqsədlə A və B dayaqlarına nəzərən qüvvələrin momenti yazılır.
d.Əyici moment epürləri qurulur; Məy = √ (Mşəy)2 + (Müfəy)2
e.Maksimum əyici moment təsir edən kəsikdə əyilmədən yaranan gərginlik düsturu
yazılır.
4. Valların təxmini hesabatı.
Valları möhkəmliyə iki üsulla hesablayırlar:
1) ancaq burulmaya işləyən vallar–buraxılabilən gərginliyin normal giymətinə
görə, burulmaya möhkəmliyə hesablanması-təxmini hesablama
2)eyni zamanda həm əyici və həmdə burucu momentlərlə yüklənmiş valların statik
möhkəmliyə hesablanmasını-əsas hesablama.
5. Valların təqribi hesablanması.
Valların təqribi hesablanması burulmaya görə apaılır.Vala təsir edən burucu
momentdən T yaranan maksimum toxunan gərginlik
Diametrin hesablanmasından alınan qiymətə əsasən valın digər ölçüləri konstruktiv
olaraq qəbul olunur.Onun sxemi dişli çarxlar və yastıqlar göstərilməklə çəkilir.
Dostları ilə paylaş: