araqatları (paronit, ftoroplast, polad və s.). Flanslı birləşmələr iki növdə
quraşdırılır: flanslar arasında araboşluğu saxlanmaqla və saxlanmamaqla. Hər
növ birləşmədə iki variantı nəzərdə tutulur: flans-flans və gövdə-flans.
Flansların ölçüləri ГОСТ 12820-80, ГОСТ 12821-80 və ГОСТ 12822-80
müəyyən edilir. Detalları dəqiq yerləşdirmək və sonrakı sökmə-yığma
əməliyyatlarında bu qarşılıqlı əlaqə vəziyyətini tam təmin etmək mədsədi ilə
ştiftlərdən istifadə edirlər (şək.28). Ştiftlər silindrik və konus şəkilli (konusluq
1:50) olmaqla, uclarında xarici və daxili yivi olan və ya yivsiz, yaylı və s.
növləri istehsal olunurlar. Konus şəkilli birləşmələri hazırlamaq asandır və
onlar məmulatın dəfələrlə sökülməsinə və yığılmasına imkan verir. Belə
hallarda detalların biri ilə gərginlikli, digəri ilə isə araboşluqlu birləşir.
Dostları ilə paylaş: