Metal və Ərintilər Metalların klassifikasiyası


Metalların təzyiq altında emalı



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   2   3   4   5   6   7   8   9   ...   23
Maşınşünaslıq (Mühazirələr)

Metalların təzyiq altında emalı 


 
Yayma prosesi (1 Üstdən baxış, 2 Yayma prosesinin başlanğıcı, 3 Borunun 
açılması, 4 Hazır yayma) 
İsti halda döymə 
Metalların təzyiq altında emalı — hissənin verilmiş pəstahdan onun ilkin 
kütləsini dəyişmədən plastiki deformasiyası yolu ilə alınmasını təsvir edən 
texnoloji prosesdir. 
Prosesin gedişi metallarım kristallik quruluşuna əsaslanır. Vahid sahəyə düşən 
təzyiq metalda deformasiya baş verir. Metallarda kristallar isotrop və ya anisotrop 
olurlar. Xarici qüvvənin təsiri altında kristallarda sürüşmə müstəvisi üzrə sürüşmə 
istiqamətində yerdəyişmələr baş verir. Bu kristalların kub, səthi və ya heksaqonal 
formalara malik olmasından asılıdır. Deformasiya yerdəyişmə, və ya əkizlərin 
yaranması kimi baş verir. Yerdəyişmə o zaman baş verir ki, toxunan gərginliyin 
həddn artıq olması zamanı yaranır. Heksaqonal quruluşlu metallarda tor 
deformasiya olunaraq başqa vəziyyət alır, əkizlər yaranır. İsti halda deformasiya 
zamanı rekristalizasiya baş verir. Soyuq halda isə deformasiya reksristallizasiya 
temperaturundan aşağı temperaturda baş verir. 
Metalların təzyiq altında emalı təyinatından asılı olaraq iki tipə bölünür: 

tikintidə və ya sonardan kəsmə ilə və ya baçqa yolla emal olunacaq daimi en 
kəsiyə malik pəstahların alınması yayma, dartma və pressləmədir. 

hazır hissənin formasına yaxın həndəsəyə malik olan və sonuncu dəqiqliyi 
yalnız mexaniki emal ilə həyata keçirilən pəstahların hazırlanması döymə və 
ştamplama ilə əldə edilir. 
Yayma 


Bu proses zamanı pəstah iki fırlanan vallar arasında sürtünmə qüvvəsinin təsiri 
altında dartılaraq, eninə təsir edən qüvvəni təsiri altında plastiki deformasiyaya 
uğrayaraq lazımi formaya salınır. 
Presləmə 
Presləmədə pəstah qapalı formada sıxılaraq matrisanın əvvəlcədən verilmiş 
həndəsyə malik deşiyindən keçirilir. Bu zaman material plastiki deformasiyaya 
uğrayaraq lazım olan en kəsiyini alır. 
Dartma 
Pəstah iki müxtəlif en kəsiyə malik matrisalardan eçərək tədricən en kəsiyi kişilir 
və beləliklə plastiki deformasiya nəticəsində sonuncu matrisanın deşiyinin 
formasına uyğun en kəsikdə alınır. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin