Əlvan metallurgiya – əlvan metal filizlərinin hasilatından, saflaşdırılmasından,
əridilməsindən və müxtəlif ərintilərin alınmasından ibarətdir. Əlvan metallar
müxtəlif
qruplara
bölünür:
Yüngül əlvan metal filizlərinin tərkibində metal 25-30%-ə yaxındır. Bu metallar
ərimə zamanı yüksək enerji tələb etdiyi üçün enerji tutumludur. Ona görə onların
müəssisələri ucuz elektrik enerji mənbələrinə və istehlakçıya yaxın yerləşdirilir.
Ağır əlvan metal filizlərinin tərkibində metalın çox az olması onların hasil
olunduğu yerlərdə saflaşdırılmasını və ilkin emalını tələb edir. Filizin tərkibində
bir neçə metal varsa, o, polimetal filizi adlanır. Ağır əlvan metal filizləri polimetal
şəklində çıxdığı üçün saflaşdırılır və konsentrat alınır (metallar ayrılır). Qara
metallurgiya sənayesində bəzi əlvan metal filizlərini (xrom, nikel, titan, volfram,
vanadium) dəmirlə qarışdırdıqda daha yüksək keyfiyyətli polad almaq
mümkündür.
Alüminium yer qabığında ən çox yayılmış yüngül metaldır. Respublikada
alüminiumun əsas xammalı olan alunit Daşkəsən rayonunda Zəylik mədənindədir.
Süxurun tərkibi çox zəngindir (xlorid, opal, kolçedan, barıt və s.). Burada çıxarılan
filiz asma kanat yolu ilə bunkerlərə, oradan da Quşçu-Alabaşlı dəmir yolu
vasitəsilə Gəncə gil-torpaq birliyinə daşınır. Əldə edilən alüminium-oksid
Sumqayıt alüminium zavoduna gətirilir və ondan alüminium istehsal edilir. Əlvan
metallurgiya qara metallurgiya ilə müqayisədə gənc və daha yüksək sürətlə inkişaf
edən sənaye sahəsidir. Onun əsas müəssisələri Sumqayıt və Gəncə alüminium
zavodları, Bakı və Gəncə əlvan metalların emalı zavodlarıdır. Azərbaycanda əlvan
metallurgiyanın inkişafı üçün Kiçik Qafqaz ərazisində, Naxçıvan və Şəki-Zaqatala
iqtisadi rayonlarında yerləşən polimetal yataqlarının böyük sənaye əhəmiyyəti
vardır. Bundan başqa, Naxçıvanda və Kiçik Qafqaz ərazisində 50-dən çox civə
yatağı kəşf edilmişdir ki, bunlardan ən məşhurları Kəlbəcər rayonunda yerləşir.
Göründüyü kimi, Naxçıvanda, Yuxarı Qarabağda, Şəki-Zaqatalada, Kəlbəcər-
Laçında əlvan metallurgiya sənayesinin inkişafı üçün perspektivlər böyükdür.
Azərbaycanda metallurgiya sənayesinin ən gənc
sahəsi elektrometallurgiya (metalların elektrik üsulu ilə əridilməsi) və ovuntu
metallurgiyasıdır. Müxtəlif metal və qeyri-metal ovuntularının qarışığından
hazırlanan metal məmulatlar həm keyfiyyətinə, həm də ucuz olmasına görə
fərqlənir. Bakıda bürünc və tunc ovuntuları istehsal olunur, çətin əriyən birləşmələr
sintez edilir.
Dostları ilə paylaş: