Metalların alınmasında birinci mərhələ filizlərin saflaşdırılmasıdır. Saflaşdırılmış filizlərdən metallar əsasən üç üsulla alınır.
1)Pirometallurgiya üsulu
2)Hidrometallurgiya üsulu
3)Elektrometallurgiya üsulu
Pirometallurgiya üsulu
Bu prosesdə metallar reduksiyaedicilərin (C, CO, H₂, aktiv metallar) iştirakı ilə yüksək temperturda filizdən reduksiya olunur. Bu üsulda sulfidlər və karbonatlar əvvəlcə oksidlərə çevrilir.
1. Cu₂O + C ―› 2Cu + Co
2. Fe₂O₃ + 3CO ―› 2Fe + 3CO₂
3a. 2ZnS + 3O₂―› 2ZnO + 2SO₂
3b. ZnO + C ―› Zn + CO
Reduksiyaedici kimi aktiv metallardan (Al, Mg, Na) və hidrogendən istifadə edilirsə, proses müvafiq olaraq metallotermiya və hidrogenotermiya adlanır.
Cr₂O₃ + 2Al ―› 2Cr + Al₂O₃ alüminotermiya
MoO₃ + 3H₂ ―› Mo + 3H₂O hidrogenotermiya
t
t
t
t
t
t
Hidrometallurgiya üsulu
Hidrometallurgiya üsulunda metalın birləşməsi məhlula keçirilir və həmin məhluldan metal özündən daha aktiv metalla və ya elektrik cərəyanı ilə reduksiya olunur. Bu yolla qızıl, gümüş, mis, sink, volfram (W) və s. metallar alınır:
CuO + H2SO₄ ―› CuSO₄ + H₂O
məhlul misin alınması
CuSO₄(məhlul) + Fe ―› Cu + FeSO₄
Elektrometallurgiya üsulu
Elektrometallurgiya üsulunda metal onun birləşməsinin ərintisindən elektrolizlə alınır. Adətən, bu yolla aktiv metallar (Na, K, Ca, Al və s.) alınır.
2NaCl(ərinti) ―› 2Na + Cl₂
2Al₂O₃(ərinti) ―› 4Al + 3O₂
2KCl (ərinti) ―› 2K + Cl₂
CaCl₂(ərinti) ―› ca + Cl₂
el-z
el-z
Əridilmiş duz və qələvilərin elektrolizi
Əgər natrium-xlorid ərintisinə salınmış elektrodları sabit cərəyan mənbəyinə qoşsaq, müsbət yüklü Na+ kationları katoda (K–), mənfi yüklü Cl– anionları anoda (A+) tərəf hərəkət edəcək. Na+ kationları katoddan özlərinə elektron birləşdirib reduksiyaolunur, Cl– anionları isə öz elektronlarını anoda verib oksidləşir: katodda Na, anodda isə xlor ayrılır. Bu iki prosesin elektron tənlikləri belə göstərilir: