Mətbuat çıxışı
WAidid Azərbaycana gəlir: Bakıda Mikrobiologiya və İmmunologiya
Cəmiyyəti (ASSMI) ilə əməkdaşlıq razılaşması imzalanmışdır.
Professor Suzanna Espozitonun sədrlik etdiyi Yoluxucu Xəstəliklər və İmmunoloji Pozğunluqlar
(
www.waidid.org
) üzrə Dünya Assossasiyası – Waidid, elmi tədqiqatlara istiqamətlənmiş
təşəbbüslərə təkan vermək, həmçinin uşaq və yetgin yaşlarda yoluxucu xəstəliklər sahəsində
peşəkar hazırlıq məqsədilə Azərbaycan Respublikasının Tibbi Mikrobiologiya və İmmunnologiya
Cəmiyyəti, ASSMI ilə elmi əməkdaşlıq haqqında razılaşma imzalamışdır.
Milan, 12 fevral 2015-ci il – Bu, uzun illər ərzində İtaliya və Azərbaycan arasında olan uğurlu
siyasi və iqtisadi əlaqələrə əsaslanan, bu gündən isə iki elmi araşdırma institutu, yəni Milanın
Waidid və
Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya Kafedrasının
müdiri Professor Zakir Qarayevin başçılıq etdiyi və Bakı şəhərində fəaliyyət göstərən ASSMI
arasında həyata keçiriləcək əməkdaşlıq lahiyəsi ilə səciyyələnən möhkəm bir dostluqdur.
Layihənin başlıca məqsədi yoluxu xəstəlik və immunoloji pozğunluqlar sahəsində həkimlərin
hazırlanması və elmi tədqiqatlara istiqamətlənmiş təşəbbüslərin təşviqi, eyni zamanda hər iki ölkə
də hələ də geniş yayılmış bəzi xəstəliklərə dair düzgün ictimai fikir formalaşdırmaqdır.
“ Azərbaycan və ASSMI ilə əməkdaşlığımızın yaranması haqqında məlumat vermək mənim üçün
böyük bir fəxrdir – bu sözləri Waididi-in prezidenti və Milan Xəstəxanasının İntensiv terapiya
Pediatriya şöbəsinin müdiri prof. Suzanna Espozito deyərək davam etmişdir: “Mən əminəm ki, biz
birlikdə hər iki ölkədə infeksiologiya səhəsində informasiya və elmi tədqiqatlara təkan verməyə
yardım edəcək nəhəng layihələr həyata keçirəcəyik. Məsələn, azərbaycanlı həkimlərin Milanın
yüksək səviyyəli səhiyyə mərkəzlərində peşəkar ixtisaslaşması, eyni zamanda həm İtaliya, həm də
Azərbaycanda
beynəlxalq
elmi
“workshop”ların
təşkil
olunması
nəzərdə
tutulmuş
təşəbbüslərdəndir. Bundan əlavə, biz WAidid-in vərəmlə əlaqədar yaradılmış beynəlxalq işçi
qrupuna azərbaycanlı bir mütəxəssisi cəlb etməkdən məmnun olardıq”.
Professor Zakir Qarayev isə əlavə edərək bildirmişdir: “Biz doğrudan da Waidid və İtaliya ilə bu
yeni əməkdaşlığa başlamağımıza görə çox xoşbəxtik. Bizim məqsədimiz ondan ibarətdir ki, biz
bütün dünya ölkələri ilə, bu dəfə isə məhz İtaliya ilə olan əlaqələrimizi, xüsusən də səhiyyə
sahəsində mövcud əlaqələrimizi davam etdirək və möhkəmləndirək. Həmçinin mən əminəm ki,
həyata keçirəcəyimiz layihələr ölkəmizin səhiyyə sahəsinin inkişaf etdirilməsinə öz böyük töhvəsini
verəcək və səhiyyənin ən yüksək səviyyəyə çatmasına imkan yaradacaq”.
2016-cı ilin fevral ayında Milanda infeksiologiya səhəsi üzrə Waidid-in ilk illik konqresi baş
tutacaq. Dünyanın ən yaxşı ekspertlərinin iştirak edəcəyi bu tədbirə Azərbaycan səhiyyə sahəsinin
də görkəmli nümayəndələri təşrif buyuracaqlar.
Waidid mətbuat ofisi
GAS Kommunikasiya
Françeska Rossini – Manuela İndrakkolo – Sara Berlanda
Tel
06 68134260
f.rossini@gascommunication.com
;
m.indraccolo@gascommunication.com
;
s.berlanda@gascommunication.com