Metodiki vəsait Qax-2016


Qax məbədləri Azərbaycan multikulturalizminin nümunələridir



Yüklə 87,11 Kb.
səhifə7/8
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#2631
1   2   3   4   5   6   7   8
Qax məbədləri Azərbaycan multikulturalizminin nümunələridir

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi bu istiqamətdə aparılan tədqiqat işlərinə marağı daha da artırmışdır.


Alim-tədqiqatçıların əldə etdikləri elmi nəticələri ali məktəb tələbələrinin, ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə aprelin 23-24-də “Azərbaycanın maddi-mədəni irsi – Alban Apostol Kilsəsi Qafqazın ən qədim kilsəsidir” layihəsi çərçivəsində bir qrup alim və tələbənin Qax rayonuna elmi turu təşkil olunmuşdur.
Səfər proqramına uyğun olaraq, elmi tur iştirakçıları əvvəlcə Qax rayon Tarix-diyarşünaslıq muzeyində və  Bilik evində olmuşlar.
Multikulturalizmin Azərbaycanın dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilmiş, ölkəmizdə multikultural ənənələrin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı iş aparılır.
Tədbirdə iştirak edən AMEA-nın alimləri, arxeoloq və memarlar Azərbaycan multikulturalizminin nümunələrindən olan alban abidələri haqqında apardıqları araşdırmalar barədə tədbir iştirakçılarına maraqlı məlumatlar vermişlər.
     Sonda tədbir çərçivəsində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və “Azərbaycanın maddi-mədəni irsi – Kürmük Alban məbədi” kitablarının təqdimatı olmuşdur.

Qaxda, millətindən, dinindən asılı olmayaraq, kimsəyə qarşı ayrıseçkilik olmur. Əslində bu vəziyyət bütün Azərbaycana xas olan xüsusiyyətdir. Ölkəmiz müxtəlif millətlərə və dinlərə mənsub insanların birgəyaşayış modelinə malik ölkə kimi fərqlənir. İnsanlar milliyyətinə görə nəinki təqib olunmur, hətta ölkə parlamentində onları təmsil edənlərə faktiki kvota tanınıb, vəzifə bölgüsündə ayrı-seçkiliyə məruz qoyulmayıblar. 

Azərbaycanlılarla birgə III əsrə aid olan qədim alban məbədini (Kürmük məbədi) birgə ziyarətedən gürcü sakini deyir: “Biz gedib məbəddə xaç çevirir,  şam yandırırıq, azərbaycanlılar da nəzir qoyur. Heç kim bizə mane olmur, əksinə, dövlət orqanları bizim təhlükəsizliyimizi təmin edir. Həmçinin digər millətlərin nümayəndələri də bizə qoşulur”- deyir. A.Qamxaraşvili sözarası bədnam qonşularımıza, ermənilərə də müraciət edir: “Qoy Qarabağ erməniləri görsünlər ki, Azərbaycanda milli ayrı-seçkilik yoxdur, əsassız iddialara son qoyub birgə yaşamaq mümkündür!” 

Mənim azərbaycanlılar arasında dostlarım var, bir-birimizin xeyir-şərində iştirak edirik. Biz ata-babamızdan belə görmüşük”. Bunu isə 180 təsərrüfatlıq Kötüklü kənd sakini Canaşvili Miriam Uşangi oğlu söyləyir.




Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin