MetrogiL ® 200 mq, 400 mq-lıq tabletlər metrogyl ®



Yüklə 27.88 Kb.
PDF просмотр
tarix25.12.2016
ölçüsü27.88 Kb.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat  

(xəstələr üçün) 



 

 

METROGİL

®

    200 mq, 400 mq-lıq tabletlər 

METROGYL

®

 



 

Beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole 

 

Tərkibi 

METROGİL

®

 200 mq-lıq tabletlər 

Təsiredici maddələr: bir tabletin tərkibində 200 mq Metronidazol vardır. 

Köməkçi maddələr: qarğıdalı nişastası, silisium dioksid, hidrogenləşdirilmiş gənəgərçək yağı, rəngləyici kimi 

çəhrayı Opadray II 85G54815, distillə suyu. 



 

METROGİL

®

 400 mq-lıq tabletlər 

Təsiredici maddələr: bir tabletin tərkibində 400 mq Metronidazol vardır. 

Köməkçi maddələr: qarğıdalı nişastası, povidon, maqnezium stearat, kolloidli silisium dioksid, rəngləyici kimi 

narıncı Opadray II 85G53070, distillə suyu. 

 

Farmakoterapevtik qrupu 

Antimikrob və antiprotozoy dərman vasitəsi 



 

Farmakoloji xassələri 

Farmakodinamika 

Metronidazol geniş  təsir spektrli antimikrob va antiprotozoy təsirlərinə malikdir. Preparatın təsir mexanizmi 

metronidazolun 5-nitroqrupunun anaerob mikroorqanizmlərin və ibtidailərin hüceyrədaxili nəqliyyat proteinləri 

tərəfindən reduksiyası ilə əlaqədardır. Reduksiya edilmiş 5-nitroqrup mikroorqanizmlərin hüceyrələrinin DNT-

si ilə əlaqəyə girərək, nuklein turşularının sintezini zəiflətməklə, onların məhvinə səbəb olur. 

Farmakokinetika 

Daxilə qəbul edildikdən 2 saat sonra qanda maksimum konsentrasiyaya çatır. Toxumalara (ağciyər, böyrək, 

qaraciyər, dəri), onurğa beyinə, beyinə, ödə, ağız suyuna, vaginal və toxum mayesinə, ana südünə keçir. 10-

20%-i plazma zülalları ilə birləşir. 60-80%-i böyrəklərlə ifraz olunur. 20%-i olduğu kimi xaric olunur. 

Yarımparçalanma dövrü 8 saatdır. Böyrək funksiyasının pozğunluğu olan xəstələrdə, preparatdan istifadə 

zamanı metronidazolun qan plazmasında kumulyasiyası müşahidə oluna bilər, bu səbəbdən də ağır böyrək 

çatmamazlığı olan xəstələrdə metronidazolun sutkalıq dozasını azaltmaq lazımdır. 

 

İstifadəsinə göstərişlər 

- protozoy infeksiyalar (amöbiaz, trixomonoz, lyamblioz, balantidiaz, trixomonal vaginit, amöb dizenteriyası); 

- anaerob infeksiyalar (Bac. fragilis və digər bakteroidlər, fuzobakteriyalar, eubakteriyalar, klostridiyalar, 

anaerob kokklar); 

- cərrahi müdaxilədən sonra qarın boşlugu üzvlərində, sidik yollarında baş verən iltihabi proseslərdə, 

appendisit, peritonit, yara infeksiyaları, doğuşdan sonrakı sepsis, həmçinin cərrahi  əməliyyatdan sonrakı 

dövrdə anaerob infeksiyaların profilaktikası; 

- tənəffüs yollarının infeksiyaları - nekrotik pnevmoniya, ağciyərlərin absesi; 

- septisemiya, qazlı qanqrena, osteomielit, meningit, beyin absesi və s. 

 

Əks göstərişlər 

- MSS-nin üzvi zədələnmələri (o cümlədən epilepsiya); 

- qan xəstəlikləri; 

- hamiləliyin ilk 3 ayı; 

- metronidazola, preparatın tərkibinə daxil odan digər maddələrə, həmçin nitroimidazol törəmələrinə qarşı 

həssaslıq; 

- qaraciyər çatmamazlığı (böyük dozalar təyin edildikdə). 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Antikoaqulyantların təsirini artırır ki, bu da protrombinin yaranma müddətini uzadır. 

Simetidin metronidazolun metobolizmini ləngitdiyi üçün, onun qanda konsentrasiyasını artıra bilər ki, bu da 

əlavə təsirlərin yaranma təhlükəsini artırır. 

Sulfanilamidlər metronidazolun antimikrob təsirini gücləndirir. 


Qaraciyərdə oksidləşmə prosesində  iştirak edən fermentləri stimulə edən maddələr (fenobarbital, fenitoin) 

metronidazolun parçalanmasını sürətləndirir ki, bu da plazmada metronidazolun qatılığını aşağı salır. 

Metronidazolu depolyarizəedici miorelaksantlarla (vekuronium bromid) birgə  təyin etmək məqsədəuyğun 

deyil. 


Uzun müddət litium preparatları qəbul edən xəstələrə metronidazol təyin edildikdə qan plazmasında litiumun 

qatılığı arta və bu da intoksikasiyaya səbəb ola bilər. 



 

Xüsusi göstərişlər 

Hamiləliyin ilk 2-3 ayında yalnız həyatı göstəriş olduqda təyin edilir. 

Süd verən analara vacib göstəriş olduqda, yalnız süd verməni dayandırmaq şərtilə təyin etmək olar. 

Preparatdan istifadə etdikdə spirtli içkilərdən istifadə etmək olmaz (disulfiramabənzər effekt verərək 

ürəkbulanma, qusma, baş ağrıları və s. ola bilər). 

Amoksasillinlə kombinasiyasını 18 yaşından gənc pasiyentlərə vermək məsləhət deyil. 

Uzunmüddətli müalicə periferik qanın analizini nəzarətdə saxlamaqla aparılmalıdır. 

Xəstələrin nevroloji statusunun pisləşməsi zamanı preparatdan istifadə dayandırılmalıdır. 

Qadınlarda trixomonal vaginit, kişilərdə trixomonal uretrit zamanı cinsi həyatdan yayınmaqla, partnyorların 

eynivaxtda müalicəsi vacibdir. Menstruasiya dövründə müalicə dayandırılmır. 

Böyrək və qaraciyər çatmamazlığı olan xəstələrə ehtiyatla təyin edilir. 

 

İstifadə qaydası və dozası 

Yemək zamanı və ya yeməkdən sonra çeynəmədən su və ya südlə qəbul edilir. 

15 yaşından böyük uşaqlara və böyüklərə 200-400mq-dan sutkada 2-3 dəfə, preparatın dozası və müalicə 

kursunun müddəti infeksiyanın xarakterindən asılı olaraq təyin edilir: 

-  trixomoniaz: 200mq-dan gündə 3 dəfə 7 gün ərzində. Qadınlara  əlavə olaraq vaginal şamlar və ya 

məlhəmlər  şəklində  metronidazol təyin edilməlidir. Kurslar arasında 3-4 həftəlik fasilə olmalıdır. Alternativ 

müalicə sxemi: 2q birdəfəyə xəstəyə və onun cinsi partnyoruna; 

amöbiaz: 400mq-dan gündə 3 dəfə. Uşaqlara 30-40mq/kq/sut (3 qəbula). Müalicə kursu 7-10 gündür; 

-  qaraciyərin amöblü absesi: 400-800mq-dan gündə 3 dəfə, antibiotiklərlə kombinə edilmiş  şəkildə. 

Uşaqlara 30-35mq/kq/sut (3 qəbula). Müalicə kursu 5-10 gündür; 

anaerob bakterial infeksiyalar: böyüklərə 200-400mq-dan sutkada 2-3 dəfə. Uşaqlara hər 8 saatdan bir 

7mq/kq. Müalicə kursu 7-10 gün; 

-  çanaq üzvlərində  və yoğun bağırsaqda cərrahi müdaxilədən  əvvəl profilaktika  məqsədi ilə  əvvəlcə 

1000mq, sonra isə 200mq-dan gündə 3 dəfə. 

Ağır böyrək və qaraciyər çatmamazlığı olan xəstələr üçün metronidazolun sutkalıq dozası 1,0 q olmaqla 2 

dəfəyə təyin olunur. 

 

Əlavə təsirləri 

Həzm sistemi tərəfindən:  ağızda quruluq, ürəkbulanma, qusma, qəbizlik, diareya kolit, qaraciyər 

fermentlərinin səviyyəsinin artması, xolestatik sarılıq, hepatit, stomatit, iştahanın pozulması, ağızda 

xoşagəlməz metal dadı, pankreatit;  

Sinir sistemi tərəfindən: baş  ağrıları, baş gicəllənmə,  şüurun pozulması, oyanıqlığın artması, depressiya, 

yuxunun pozulması, zəiflik, epilepsiya tutmaları, periferik nevropatiyalar, hərəkət koordinasiyasının 

pozulması, hallüsinasiyalar; 

Sidik-cinsiyyət sistemi tərəfindən: sidik ifrazı zamanı sidik kanalında göynəmə hissi, uşaqlıq yolu florasının 

kandidozu, sidiyin qırmızı-qəhvəyi boyanması, dizuriya, poliuriya, qeyri-iradi sidik ifrazı; 

Allergik reaksiyalar: burunun tutulması, dəri hiperemiyası, səpgilər, qaşınma, artralgiya, anafilaktik şok

Qanyaranma sistemi tərəfindən: leykopeniya, trombositopeniya. 

 

Buraxılış forması 

Hər Al/PVX blisterdə 10 tablet olmaqla, 2 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. 



 

Yararlılıq müddəti 

5 ildir. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Saxlanma şəraiti 

B siyahısına aiddir. 

30ºC-dək temperaturda işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Aptekdən buraxılma şərti 

Həkim resepti ilə buraxılır. 

 


 

İstehsalçı 

 

 



Yunik Farmasyutikal Laboratoriz  

(«C.B.Xemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

– firması tərəfindən istehsal olunmuşdur. 

Hindistan, Mumbay 400 030, Vorli, Hind Sikl Rod, Nilam Sentr. 

   ® - ticarət nişanı 

 

                                   Azərbaycanda rəsmi distribyutor 



                                   «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

www.tetrada-az.com 



 

Document Outline

  •  
  •  
  • METROGİL®    200 mq, 400 mq-lıq tabletlər 
  •  
  • Beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole 
  • METROGİL® 200 mq-lıq tabletlər 
  • METROGİL® 400 mq-lıq tabletlər 
  • Farmakoterapevtik qrupu 
  • Antimikrob və antiprotozoy dərman vasitəsi 
    •  
    • Farmakoloji xassələri 
    • Farmakodinamika 
    • Metronidazol geniş təsir spektrli antimikrob va antiprotozoy təsirlərinə malikdir. Preparatın təsir mexanizmi metronidazolun 5-nitroqrupunun anaerob mikroorqanizmlərin və ibtidailərin hüceyrədaxili nəqliyyat proteinləri tərəfindən reduksiyası ilə əlaqədardır. Reduksiya edilmiş 5-nitroqrup mikroorqanizmlərin hüceyrələrinin DNT-si ilə əlaqəyə girərək, nuklein turşularının sintezini zəiflətməklə, onların məhvinə səbəb olur. 
    • Farmakokinetika 
    • Daxilə qəbul edildikdən 2 saat sonra qanda maksimum konsentrasiyaya çatır. Toxumalara (ağciyər, böyrək, qaraciyər, dəri), onurğa beyinə, beyinə, ödə, ağız suyuna, vaginal və toxum mayesinə, ana südünə keçir. 10-20%-i plazma zülalları ilə birləşir. 60-80%-i böyrəklərlə ifraz olunur. 20%-i olduğu kimi xaric olunur. Yarımparçalanma dövrü 8 saatdır. Böyrək funksiyasının pozğunluğu olan xəstələrdə, preparatdan istifadə zamanı metronidazolun qan plazmasında kumulyasiyası müşahidə oluna bilər, bu səbəbdən də ağır böyrək çatmamazlığı olan xəstələrdə metronidazolun sutkalıq dozasını azaltmaq lazımdır. 
    •  
    •  
    • Əks göstərişlər 
    • Əlavə təsirləri 
    • Həzm sistemi tərəfindən: ağızda quruluq, ürəkbulanma, qusma, qəbizlik, diareya kolit, qaraciyər fermentlərinin səviyyəsinin artması, xolestatik sarılıq, hepatit, stomatit, iştahanın pozulması, ağızda xoşagəlməz metal dadı, pankreatit;  
    • Sinir sistemi tərəfindən: baş ağrıları, baş gicəllənmə, şüurun pozulması, oyanıqlığın artması, depressiya, yuxunun pozulması, zəiflik, epilepsiya tutmaları, periferik nevropatiyalar, hərəkət koordinasiyasının pozulması, hallüsinasiyalar; 
    • Buraxılış forması 
      •  
        • Saxlanma şəraiti 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə