Farmakoterapevtik qrupu
Antimikrob və antiprotozoy dərman vasitəsi
Farmakoloji xassələri
Farmakodinamika
Metronidazol geniş təsir spektrli antimikrob va antiprotozoy təsirlərinə malikdir. Preparatın təsir mexanizmi
metronidazolun 5-nitroqrupunun anaerob mikroorqanizmlərin və ibtidailərin hüceyrədaxili nəqliyyat proteinləri
tərəfindən reduksiyası ilə əlaqədardır. Reduksiya edilmiş 5-nitroqrup mikroorqanizmlərin hüceyrələrinin DNT-
si ilə əlaqəyə girərək, nuklein turşularının sintezini zəiflətməklə, onların məhvinə səbəb olur.
Farmakokinetika
Daxilə qəbul edildikdən 2 saat sonra qanda maksimum konsentrasiyaya çatır. Toxumalara (ağciyər, böyrək,
qaraciyər, dəri), onurğa beyinə, beyinə, ödə, ağız suyuna, vaginal və toxum mayesinə, ana südünə keçir. 10-
20%-i plazma zülalları ilə birləşir. 60-80%-i böyrəklərlə ifraz olunur. 20%-i olduğu kimi xaric olunur.
Yarımparçalanma dövrü 8 saatdır. Böyrək funksiyasının pozğunluğu olan xəstələrdə, preparatdan istifadə
zamanı metronidazolun qan plazmasında kumulyasiyası müşahidə oluna bilər, bu səbəbdən də ağır böyrək
çatmamazlığı olan xəstələrdə metronidazolun sutkalıq dozasını azaltmaq lazımdır.
Dostları ilə paylaş: |