Yerli effektli telefon aparatları
Telefon aparatları iş keyfiyyətinə görə yerli effektli və əks yerli effektli olurlar.
Abunəçilərin öz telefonlarında öz səslərini eşitməsi hadisəsinə yerli effect deyilir.
Telefonda danışıq getmədikdə qollu çeviricinin bir və iki koutontları qapanmış vəziyyətdə olur və çağırış siqnalları zəngdən keçir.
Abunəçi mikrotelefon dəstəyini qaldırdıqda qollu çeviricinin bir və iki koutonları açılır. 2 və 3 kontoutları qapanır. Danışıq zamanı bu kontaktlar qapalı vəziyyətdə qalır.
Mikrofon qarşısında danışıqdan yaranan səs tezlikli …… cərəyan transformatorun birinci sarğısından onun ikinci sarğısına induksiyalanır və ikinci abunəçi aparatına göndərilir. Abunəçi bu zaman öz telefonunda öz səsini də eşidəcəkdir. Abunəçi öz səsini ikinci abunəçinin səsinə nisbətən daha ucadan eşidəcəkdir. Uca səsin təsirin təsiri altında olan abunəçinin qulağə digər abunəçinin zəif səsini çox çətinliklə eşidir, çünki burada səslərin pərdələnməsi hadisəsi baş verir. Bu zaman qəbukun keyfiyyəti çox pisləşir. Bu hadisəyə yerli effect hadisəsi deyilir. Belə nöqsanları aradan qaldırmaq üçün əks yerli sxemlərdən istifadə edilir.
Körpü sxemli telefon aparatları
Veriliş zamanı abunəçini öz danışığını ideal olaraq eşitməməsi üçün telefon aparatının enerji çeviriciləri olan mikrofon və telefon körpü və ya kontensasiyalı sxemlə qoşmaq lazımdır. Telefon aparatında yerli effektləri yox etmək üçün bir və ya daha çox elementli balans konturlarından istifadə edirlər. Bu konturlar xəttin müqaviməti ilə telefon aparatının müqavimətini tarazlaşdırmaq üçündür. Müasir tel aparatlarında balanslaşmanı təmin etmək üçün 3 və 4 elementli balans konturları tətbiq edilir. Balans konturlarının elementləri kimi tutum və müqavimətlərdən istifadə edilir.
A-dakı şəkildə müxtəlif balans konturları göstərilmişdir.
Şəkil
Balans konturunun əsas vəzifəsi abunəçi xəttinin stansiyaya qədər olan hissəsində olan müqavimətə bərabər müqavimət yaratmaqdan ibarətdir. Bu halda mikrofon tarazlıqda olan körpünün orta nöqtəsinə qoşulmuş olur və telefon dövriyyəsində heç bir cərəyan yaranmır.
Dostları ilə paylaş: |