Qrientasiya polyariasiyası- molekulun dipol momentinin sahə istiqamətində yönəlməsi nəticəsində polyar molekullu dielektriklərdə dipol momentinin yaranmasıdır.Nəzərə alsaq ki, polyar molekullu dielektriklər dipol momentinə malikdirlər və istənilən maddənin sonsuz kiçik həcmindəki dipol momentlərinin vektorial cəmi sıfra bərabərdir. Buna səbəb nizamsız istilik hərəkətində olan malekulların dipol momentləri də nizamsız olduğundan onların yekun vektor cəmi sıfır olar.Xarici elektrik sahəsi molekulların dipol momentlərini istiqamətləndirməyə çalışsa da, istilik hərəkəti onlara maneçilik göstərir. On görə də müəyyən istiqamətləndirilmiş nazamlılıq üstünlük təşkil edir. Bu səbəbdən müəyyən istiqamətdə dipol momentlərinin vektorial cəmi üstünlük təşkil edir və sıfırdan fərqli olur.
İon polyarizasiyası- ion kristallarında sahə istiqamətində müsbət ionların, o cümlədən sahənin əks istiqamətində mənfi ionların qəfəsaltılarının yerdəyişməsi zamanı dipol momentinin yaranmasıdır.
Mühitin dielektrik xassəsini Maksvell tənliyindən yazmaq olar:
. (5.1)
Cismin daxilindəki elektrik sahəsi elektrik induksiya vektoru ilə müəyyən olunur.
, (5.2)
Burada, - vahid həcmdəki elektrik dipol momentidir.
Vahid həcmdəki elektrik momenti ilə xarakterizə olunan dielektrikin halı polyarizasiya adlanır. Maddədəki elementar dipolların təsirlərinin cəmi makroskopik polyarizasiya adlanır. Polyarizasiya nəticəsində dielektrikin səthində əlaqəli elektrik yükləri yaranır və bu daxildəki elektrik sahəsini azaldır.
Elketrik sahəsində dielektriklərin polyarlaşma dərəcəsi- vahid həcmdəki dipol momentinin polyarizasiyası ilə xarakterizə olunur. Polyarizasiya vektoru- vahid həcmdəki dipol momentinin sayı ilə müəyyən olunur:
P = 1/∆V Σ Pi Burada həcm o qədər kiçik olmalıdır ki, elektrik sahəsi həcm üzrtə birgins qəbul edilsin və kifayət qədər çox olmnalıdır ki, statistik tədqiqat metodlarını tətbiq etmək mümkün olsun. Bircinsli qeyri-polyar dielektriklər üçün birvinsli sahədə yerləşən zaman polyarizasiya vektoru belə olar:
P= n Pi Pi= αε0 E P= k ε0 E k- polyarizasiya əmsalıdır.
Birgins sahədə yerləşən polyar dielektrik üçün isə belə olar:
P= k ε0 E k= nPm/ 3 ε0 ET
Əgər temperatur T və sahə intensivliyi E kiçik olarsa dielektrik nüfuzluğu Debay-Lanjevan formulası ilə hesablanar.
Dielektriklərin polyarizasiyası maddənin istənilən kiçik həcmdə sıfırdan fərqli dipol momenti yaradır və nəticədə dielektrik elektro-neytral olur. Həcmi yüklər cəmi istənilən kiçik həcmdə sıfır olur, yəni dipolun elektrik yükləri bir-birini kompensasiya edir. Dielektrikin xarici səthində isə polyarizasiya olunmuş səth yükləri yaranır. Onlar xarici sahənin əksinə yönələn sahə yaradır. Hər iki sahənin toplanması nəticəsində yekun sahə zəifləyir və yekun belə olur:
P= NP/V = q1 d/Sd = σ1 E = E0 –E1 E= = σ1 / ε0 P=k ε0E
E = E0 –kE E= E0 /1+k = E0/ ε0 ε= 1+k
Deməli, nisbi dielektrik nüfuzluğu vakuuma nəzərən dielektrikin polyarizasiyasə nəticəsində elektrik sahəsinin neçə dəfə azaldığını göstərir.
Dielektriklərdə elektrik sahə intensivliyi dielektrikin xassəsindən asılıdır.Eyni zamanda dielektrik- mühit sərhəddində dielektrik nüfuzluğunun kəskin dəyişdiyindən dielektriklərdə polyarizasiyanın xarici shədən asılılıq qanunauyğunluğunu yazmaq üçün elektrik induksiya vektoru adlanan fiziki kəmiyyəti daxil etmək lazımdır:
D = ε0E + P D= ε ε0E ʄ DndS = q
Deməli, dielektrikdə - istənilən qapalı səthi dəlib keçən yerdəyişmə vektorunun tam seli səthin daxilindəki elektrik yüklərinin cəminə bərabərdir.
Dielektriklər polyarizasiya mexanizminə görə üç yerə bölünür: qeyri-polyar, polyar və ion. Spontan polyarizasiyalı dielektrikər xüsusi əhəmiyyət daşıyır ki, onlar seqnetiklər adlanır.
Polyar dielektriklərə qazlar, mayelər və amorf və elektron polyarizasiyalı kristallik və ya amorf halda olan bərk cisimlərdə müşahidə olunur.
İon tipli dielektriklərə elektron və ion polyarizasiyası xasdır.
Elektredlər-polyarlaşmanı yaradan xarici elektrik sahəsi kəsildikdən sonra polyarlaşmanın saxlanılmasıdır. Stabil elektred dedildə:
Xarici sahə altinda dielektriki qızdırıb, sonra soyutduqda (termoelektred);
Xarici sahə altında işıqlandırdıqda (fotoelektred);
Xarici sahə altında radiasiya şüaları ilə təsir zamanı (radioelektred).
Xarici sahə altında maqnit sahəsi ilə təsir zamanı (maqnitoelektred).