CƏHƏNNƏMDƏ ÖLÜMSAÇAN HƏSRƏTLƏR
Cəhənnəm əhlinin çəkdiyi həsrət və qüssələr də ağır
ruhani əzablardandır. Əgər Cəhənnəmdə ölüm olsaydı,
insanlar hər gün həmin həsrət və qüssənin ağırlığından
ölərdilər. Allah-Taala bu qüssəyə səbəb olmuş əməlləri
onlara göstərər. “Əl-fürqan” surəsində (ayə 27)
buyurulur: “O gün zalım kəs (peşmançılıqdan) əllərini
çeynəyib deyəcəkdir: Kaş ki, mən Peyğəmbər vasitəsi ilə
doğru bir yol tutardım!
МӘАД
166
Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunub ki,
insanlar Behişt və Cəhənnəmdə yerləşdikdən sonra
aralıqda yarıqlar açılar və nida olunar: Ey Behişt əhli,
baxın Cəhənnəm əhlinin mənzillərinə, əgər Allaha zidd
olsaydınız, sizin də bu sayaq mənzilləriniz olacaqdı.
Sonra Cəhənnəm əhlinə xitab olunar: Baxın Behişt əhlinin
mənzillərinə, əgər Allaha itaət etsəydiniz, sizin də yeriniz
belə olardı.
Cəhənnəm əhli elə həsrət çəkər ki, ölüm müyəssər
olardısa ölərdilər.
CƏHƏNNƏMDƏ RUHİ DANLAQLAR,
MƏZƏMMƏTLƏR
Allah-Taala, məlaikələr, Behişt əhli, hətta şeytanlar da
Cəhənnəm əhlini məzəmmət edərlər. “Əl-ən”am”
surəsində buyurulur: “Ey cin və insan tayfası! Məgər sizə
öz aranızdan ayələrimi söyləyən və bu gününüzün gəlib
çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər
gəlmədimi? Onlar deyərlər: Biz öz əleyhimizə şahidik.”
Sonra “Fatir” surəsində buyurulur: “Məgər sizi, ibrət
almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər
yaşatmadıqmı?! Hələ sizi qorxudan peyğəmbərlər də
gəlmişdi. Elə isə dadın əzabı! Zalımların imdadına çatan
olmaz.”
“Əl-mulk” surəsinin 8-ci ayəsindən buyurulmuşdur:
“Hər hansı bir tayfa Cəhənnəmə atıldıqca, onun
gözətçiləri onlardan: “Məgər sizə (əzabdan) qorxudan bir
peyğəmbər gəlməmişdimi?”-deyə soruşacaqlar. Onlar
deyəcəklər: “Bəli, bizi qorxudan peyğəmbər gəlmişdi.
Amma biz onu yalançı sayıb demişdik: “Allah heç bir şey
nazil etməmişdir. Siz sadəcə olaraq çox azmısınız.” Sonra
|