nəşr edildi) təkrarlamaq istəyirəm. Qəməri 1402-ci il İmam Hüseyn (əleyhissalam)-ın ərbəinin (qırxının) sübhü gündəlik məramnaməyə uyğun şəhid atamın mənzilinə getdim. Katibliyin mə”sul işçisi məni qarşıladı. Salam, hal-əhval tutandan sonra ilk cümləsi bir ələviyyə (Həzrət Əli (əleyhissalam) soyuna mənsub) qadının yuxusu barədə
МӘАД 6 mə”lumat oldu: “Mənzili bizimlə qonşuluqda olan, hörmətli bir ələviyyə bir xanım deyir ki, dünən mərhum ağanı (Dəstğeybi) yuxuda gördüm. Buyurdu ki, bədənimin hissələrindən küçə divarının kərpicləri altında qalıb, mənə çatdırın.” Mən əvvəlcə bu məsələyə əhəmiyyət vermədim. Xeyli mə”lumatlar dinlədim. Adamların gəliş- gedişi iki saatadək çəkdi, adi gündəlik işlər davam edildi. Sonra fatihə (mərhumu yad etmə) məclisində iştirak etmək üçün bir dəstə adamla bayıra çıxdıq. Mərhum alimin şəhid olduğu yerə çatanda, həmin yuxunu xatırladım. Yoldaşlarımdan bəzilərinə əhvalatı danışdım ki, belə bir yuxu görüblər, deyilən yerə bir nəzər salsaq, yaxşı olar. Elə ilk nəzərdən də uçulmuş kərpiclərin arasında bədəndən qopmuş hissələr gördük. Rəfiqlərimizdən ikisi qabağa düşüb, şəhidin bədənindən qopmuş hissələri iki plastik torbaya