İLK MƏNZİL – ÖLÜM
Ölümün
həqiqəti-ruhun
bədənlə
əlaqəsinin
qırılmasıdır. Ruhun bədənlə əlaqəsini çox şeyə
oxşatmışlar. Bəziləri bu əlaqəni gəmi və gəminin
AYӘTULLAH DӘSTĞEYB
15
sükançısının əlaqəsi ilə müqayisə etmişlər ki, ölüm
gəmini gəmiçinin ixtiyarından çıxarır.
Deyirik, “mənim ayağım”, “mənim əlim”, “mənim
gözlərim.” Amma əsl “mən” ayaq deyil, əl deyil, göz
deyil, qulaq deyil. (Yə”ni, insan ayağını, əlini
itirməklə “mən”i itməz-
red.
) “Getdim” deyəndə,
düzdür ki, sən gedirsən, amma ayağınla gedirsən.
“Sən” ayaqdan qeyri bir şeysən. Gördüm, eşitdim,
dedim, hər biri vahid şəxsə qayıdır. Bu şəxs şərif
ruhdur ki, həmin üzvlərlə zühur edir. Görən, eşidən
ruhdur. Amma görəsən qulaq və gözdən eşidib
görürmü? Deməli görən ruhdur. Göz, qulaq isə
yalnız ruhun görüb, eşitməsi üçün çatlardır. Deməli,
göz yalnız ruhun görmə alətidir, ruh isə görəndir.
Ruh cismin, bədənin zülmətini işıqlandıran çıraq
kimidir və göz, qulaq və digər hiss üzvlərinin
məcrasından işıqlıq verir.
Ölüm, yə”ni bu çırağın yerini dəyişmək. Məsələn,
fərz edin bir neçə deşiyi olan daxmaya çıraq daxil
edirik. Görəcəyik ki, həmin dəliklərdən işıq verir. Elə
ki, çırağı daxmadan çıxartdıq, zülmətə bürünür.
Ölüm, yə”ni bədəndən həmin çırağın (ruhun)
çıxarılması.
RUHUN BƏDƏNLƏ ƏLAQƏSİ DAXİL VƏ YA XARİC
OLMAQLA DEYİL
Bilməliyik ki, ruhun bədənlə əlaqəsi ona daxil
olmaq cəhətindən deyildir. Çünki ruh mücərrəd bir
şeydir, cisim deyildir. Onun daxil olub, xaric olması
МӘАД
16
kimi bir şey yoxdur. Bu əlaqə yalnız bədənə tam
nəzarətdən ibarətdir. Ölüm yə”ni həmin əlaqənin
bədəndən qırılması.
İnanmağımız vacibdir ki, ölüm Allahın izni,
icazəsiylədir. Yalnız ana bətnindən son günədək
ruhu bədənlə əlaqələndirən Kəs bu əlaqəni qıra bilər.
Dirildən də Odur, öldürən də. Bu həqiqət, Qurani-
Kərimdə çox zikr olunmuşdur. Bəzi nadanlar isə
Əzraili (ölüm mələyini) xoşlamır, onu düşmən
tuturlar. Amma bilmirlər ki, o, özbaşına iş görmür,
yalnız Allahın əmrlərini icra edir.
Dostları ilə paylaş: |