RUHUN AYRILMASI KEYFİYYƏTİ
Ruhun
çıxarılmasının
necəliyi
“Me”rac“
hədislərinə əsasalanır ki, xülasəsi belədir: Həzrət
Əzrailin qarşısında bütün bəşəriyyətin adı qeyd
olunmuş bir lövhə mövcuddur. Ömrü sona yetmiş,
əcəli çatmış insanın adı bu lövhədən silinir və Əzrail
dərhal onun ruhunu çıxarır. Mümkündür (eyni bir
anda) minlərlə adamın adı silinsin və Əzrail də eyni
bir anda onların ruhunu çıxarsın. Təəccüblü bir şey
yoxdur, axı bir külək də minlərlə çırağı bir dəfəyə
söndürə bilir. Hamı öz Rəbbinə tərəf qayıdır. Ruhları
AYӘTULLAH DӘSTĞEYB
17
Əzrail ayırır, amma həqiqətdə Allah öldürür. Çünki
bu iş Allah-Tərəfindəndir.
ÖLDÜRƏN ALLAHDIR, ƏZRAİLDİR, YOXSA
MƏLƏKLƏR?
Buna görə də Qurani-Məcid ruhun çıxarılmasının bir
yerdə Allaha (39-cu surə, 41-ci ayə), digər yerdə Əzrailə
(32-ci surə, 11-ci ayə), daha başqa yerdə isə Əzrailə bağlı
mələklərə (41-ci surə, 26-cı ayə) aid edir. Hər üçü
həqiqətdir. Çünki Əzrail və ona bağlı mələklər Allah-
Taalanın əmri ilə canları alırlar. Məsələn, əgər bir sultan
öz sərkərdələri və qoşunu vasitəsilə bir ölkəni fəth edirsə
“filan ölkəni sultanın qoşunu fəth etdi” və ya “filan
sərkərdə fəth etdi” deməyin heç bir eybi yoxdur və
həqiqətdə qoşunun hökmranlığını və rəhbərliyini
öhdəsinə alan sultan fəth etmişdir. Əlbəttə, bu misallar
məsələnin dərk olunması üçündür, yoxsa əsil mətləbimiz
bundan çox-çox ucadır.
RƏBBİMİZ ÖLÜM ÜÇÜN VASİTƏLƏR YARADIB
Bir sözlə, ölüm məqamı Allah-Taala ruhu, canı alır.
Amma diqqət etməliyik ki, Allah dünyanı səbəblər evi
kimi yaratmışdır, o cümlədən ölüm üçün də vasitələr
müəyyən
etmişdir.
Məsələn,
damdan
yıxılmaq,
xəstələnmək, öldürülmək və sair. Əlbəttə bütün bunlar
səbəbdir. Axı ölənlərdən də ağır xəstəliyə tutulanlar
vardır ki, yaşayırlar. Deməli, bu (xəstəlik), təklikdə ölümə
səbəb olmur. Bəli, yalnız ömür sona yetdikdə Allah onun
ruhunu çıxarır. Necə ki, bəzən tam sağlam adamların qəfil
ölümünə şahid oluruq.
|