Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə12/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   8   9   10   11   12   13   14   15   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

AYӘTULLAH DӘSTĞEYB
21 
KAFİR RUHLARININ İŞGƏNCƏ İLƏ ÇIXARILMASI 
“Biharül-ənvar” kitabının 3-cü cildində şərif bir 
hədisdə buyurulur: “Bir gün Xatəmül-Ənbiya (səlləllahu 
əleyhi və alihi və səlləm) əziz əmioğlusu Əliyyibni Əbi 
Talib (əleyhissalam)-ı görməyə getdi. İmamın o qədər 
şiddətli göz ağrısı var idi ki, nalə çəkirdi. Allahın Rəsulu 
dağca səbri olan Əli (əleyhissalam)-a elə qorxunc, vəhşətli 
bir xəbər verdi ki, İmam göz ağrısını unutdu. 
Buyurdu: “Ya Əli! Cəbrail xəbər verdi ki, kafirlərin 
ruhu alınarkən bir neçə əzab məlaikəsi gələr və 
taziyanələrlə, qızmış şişlərlə canını çıxararlar.” Əmirəl-
möminin ərz etdi: “Ya Rəsuləllah! Sizin də ümmətinizdən 
belə can verənlər olacaqmı”? Peyğəmbər (səlləllahu əleyhi 
və alihi və səlləm) buyurdu: “Bəli, müsəlmanlardan üç 
tayfa bu sayaq can verərlər: zalım hakimlər, yetim malını 
yeyənlər və nahaq yerə şahidlik verənlər (yə”ni, həqiqətin 
ziddinə şahidlik edənlər).” 
Ümumiyyətlə, olacaqlar özümüzdəndir. Hər kəs 
etdiklərini görər. Asan və çətin can vermək, əməllərimizin 
nəticəsidir. Pənah Allaha, bəzən mümkündür pis əməllərə 
görə insan dünyadan imansız getsin (30-cu surə, 10-cu 
ayə). 
FÜZEYLİN ŞAKİRDİ İMANSIZ ÖLÜR 
Məşhur Füzeyl haqqında yazırlar: “Ən bilikli şakirdi 
xəstələnib ölüm həddinə yaxınlaşdı. Füzeyl və bir dəstə 
adam onun görüşünə getdilər. Füzeyl “Yasin” surəsini 
oxumağa başladı. Bədbəxt tələbə öz ustadının əlinə vurub 
dedi: “Quran oxumağını istəmirəm!” Bədbəxtliyə bax ki, 
bir ömür məscidə, mədrəsəyə, ibadət məclislərinə 


 
МӘАД 
22 
gedəsən, Quran əhli olasan, indi isə “istəmirəm Quran 
oxunsun” deyəsən. Bəli, bu şəxs şəhadət kəlmələrini də 
demədən həmin məclisdə öldü. 
Füzeyl bu əhvalatdan çox kədərləndi. Bir guşəyə 
çəkilib, evdən bayıra çıxmadı. Nəhayət, həmin şakirdi 
yuxuda gördü. Ondan pis aqibətinin səbəbini soruşdu. 
Cavab verdi: “Məndə üç xasiyyət olduğundan dünyadan 
imansız getdim. Əvvəlincisi həsəd idi ki, kimsəni 
özümdən yüksək görə bilmirdim.” 
Bəli, od çubuğu yandırıb yox etdiyi kimi, həsəd də 
imanı puç edər. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin