Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə20/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   16   17   18   19   20   21   22   23   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

QƏBİR DOSTU ƏMƏLDİR 
Aydındır ki, qəbirdə hər kəsin dostu, yardımçısı onun 
əməlləridir. Quranda və hədislərdə bu həqiqət təsdiq 
olunmuşdur. O cümlədən, mərhum Şeyx Səduq “Xisal”, 
“Əmali”, “Məanil-əxbar” kitablarında Qeys ibni Asimdən 
belə rəvayət edir: “Qeys ibni Asim Bəni-təmim 
qəbiləsindən bir dəstə ilə Peyğəmbər (səlləllahu əleyhi və 
alihi və səlləm)-in xidmətinə müşərrəf olur və ərz edir: 
“Ya Rəsuləllah, bizə elə bir nəsihət ver (moizə et) ki, 


AYӘTULLAH DӘSTĞEYB
33 
ondan faydalanaq, axı biz səhralarda köçəri həyat 
keçiririk. Cənabınızın ziyarətinə az-az nail oluruq.” 
Həzrətin onlara verdiyi nəsihətlərdən: 
“Ey Qeys! Hökmən səninlə dəfn olunacaq bir yaxının 
(dostun) olmalıdır. O, diridir və öldüyün zaman onunla 
birgə dəfn olunarsan. Əgər o kərim olsa, səni əziz edəcək; 
və əgər lə”nətlənmiş olsa, alçaldacaq. Yalnız onunla birgə 
dirildiləcək, onun barəsində sorğu olunacaqsan. Onu 
yalnız saleh (yaxşı) qərar ver. Əgər o saleh olarsa, onunla 
üns yaradarsan; yox, əgər fasid olarsa, yalnız ondan 
dəhşətlər görərsən. O yaxın (varlıq), sənin əməlindir.” 
Qeys bu moizəni elə oradaca şe”rə çevirdi: 
Əməllərdən yardımçı seç özünə 
Qəbir evində bir əməldir köməyin. 
Şəksiz ki, bir zaman çıxacaq üzə 
Onun gözəlliyi olsun istəyin. 
Baş qatma hər işə, düşün Allahı, 
Razılığı əsasıdır əməyin. 
Dünyan, axirətin əmələ bağlı, 
Bir xoş əməl qalxanı, min kötəyin. 
Bəli, bir qonaqdı dünyada insan, 
Haqq ayrılıq fərmanıdır fələyin. 
ALLAH BƏŞƏRİYYƏTİ QORXUDUR 
Ölümdən sonra yalnız əməllərin insana yardımçı 
olması haqqında Quran ayələri çoxdur. Onlardan yalnız 
birini xatırlamaqla kifayətlənirik: 
“Yad et o günü ki, hər kəs yaxşı əməllərini hazır 
şəkildə öz yanında tapar. Eləcə də pis əməllərini tapar ki, 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin