ƏQİDƏ VƏ ƏMƏLLƏRİN SORĞUSU
Nədən sual olunduğunu bilməliyik. Qəbirdə əqidə və
əməllərdən sual verilir. Deyirlər Rəbbin kim idi,
Peyğəmbərin kim idi? Hansı dində idin? (Bu suallar
yetkinliyə çatmamış uşaqları, divanələri, ağlıkəmləri
çıxmaqla hər bir mömindən və kafirdən soruşulur.)
Həqiqi əqidəsi olanlar əqidələrini deyib, Allahın
vahidliyinə, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi
və səlləm)-in risalətinə, Mə”sumların (əleyhimussalam)
İmamətinə şəhadət verərlər. Əks halda isə, (həqiqi əqidəsi
olmadıqda) dili tutular. Elələri də vardır ki, qorxudan
mələklərə “sən Allahsan” deyərlər. Gah da cavab verərlər
МӘАД
30
ki, camaat deyirdi ki, Mühəmməd peyğəmbərdir, Quran
Allah kitabıdır (yə”ni, cavabın öhdəsindən gəlməzlər).
Xülasə əgər insan cavab verə bilsə, yuxarı tərəfdən qapı
açılar, qəbir göz işlədikcə genişlənər; yə”ni, bu şəxs
Qiyamət oyanışınadək uzanacaq Bərzəx aləmində rahatlıq
içərisindədir. (“Vaqiə”, 87) Ona deyərlər: “Yat, ərus yatışı
ilə.” (“Vaqiə” 93)
Əgər
suallara
cavab
verə
bilməsə
Bərzəx
Cəhənnəmindən bir qapı açılar, Cəhənnəm nəfəsindən bir
külək qəbrini oda çəkər (bu cümlələr eynilə rəvayətdən
götürülmüşdür).
QƏBİR SORĞUSUNUN FAYDASI NƏDİR?
İnsanın mömin və ya kafir, əməlisaleh və ya bədəməl
olduğunu Allah-Taala bilir. Bəs sorğu nə üçündür?
Mömin üçün qəbir sorğusu nemətə yetişməyin
başlanğıcıdır. Qəbirdə gözəl qiyafəli, dilruba iki mələyi
görən, onların gətirdiyi Behiştə məxsus gül və reyhan
qoxusu iyləyən mömin çox xoşhal olur. Buna görə də bu
mələklərin adı “Bəşir” və ya “Mübəşşir” (xoş müjdəçi)dir.
Digər tərəfdən, möminlə sorğunun özü də onun üçün
ləzzətdir.
Məktəbdə dərsini yaxşı oxuyan uşaqların sual-
cavabdan ləzzət aldıqlarını görmüsünüzmü? Möminin də
meyli olur ki, ondan Allahı barədə soruşulsun, o da kamil
yəqinliklə Allahın vahidliyi və Peyğəmbərin risalətinə
şəhadət versin.
|