Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə19/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   15   16   17   18   19   20   21   22   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

AYӘTULLAH DӘSTĞEYB
31 
ƏZAB MƏLƏYİ İLƏ GÖRÜŞ VƏ NARAHATLIĞIN 
BAŞLANĞICI 
Mömin kəs üçün qəbir sorğusu ləzzətlərin və 
rahatlıqların başlanğıcıdırsa, kafir şəxs üçün isə 
bədbəxtliklərin əvvəlidir. Mələklərin gəlişi kafir üçün 
qorxulu, dəhşətlidir. Rəvayətə görə, onlar gələrkən 
ildırım səsi verirlər, gözlərindən od sıçrayır, saçları yerlə 
sürünür. Kafir meyyitə qorxunc surətdə görünürlər. Elə 
bu səbəbdən də kafir üçün onların adları “Nəkir” və 
“Münkir” (müşkülçü, inkarçı)dır. 
DİGƏR SUALLARDA ACİZ OLARLAR 
Bir ömür Allahı düşünüb tanımamış insandan Allah 
barədə soruşulanda, onun başına nə gələcəyi mə”lum 
məsələdir. Ömür boyu Allahı pul, şöhrət, rəyasət olub, 
aləmlərin Rəbbini yada da salmayıb. Belə insandan Rəbbi 
barəsində soruşulanda, onda elə bir titrəyiş yaranır ki, heç 
bir cavab verə bilməz. Bəziləri isə 1-ci suala cavab versələr 
də, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) 
barəsindəki sualda tutularlar. Bəziləri də digər haqq 
əqidələrdən verilən suallara cavab verə bilməz, ya da 
əqidə məsələlərindən ötüşsə də, əməllərinin sorğusunda 
aciz qalarlar. 


 
МӘАД 
32 
ƏMƏLLƏRDƏN SUAL OLUNAR 
“Biharul-ənvar”ın 3-cü cildində nəql edilmişdir ki, 
qəbir sorğusunda əqidə məsələlərinə yaxşı cavab vermiş 
bir şəxsdən əməllər barədə soruşulanda, yenə də yaxşı 
cavab verdi. Xatırladıldı ki, bir məzlumu görüb fəryadına 
çatmadığın yadındadırmı?! Abrı, sərvəti əldən alınan o 
şəxsə kömək edə biləcəyin halda, dayandın. Bu sualın 
cavabında tutuldu. (Məzlumun fəryadına çatıb, kömək 
etmək vacib əməllərdəndir). Bir yerdə də öz vəzifəsinə 
əməl etmədiyindən, ona dedilər: “Sənin haqqında yüz 
taziyanə əzab hökm olunub.” Vurulmuş ilk taziyanə 
qəbrini alovla doldurdu. Bəli, bir vacib vəzifəni tərk 
etməyin nəticəsi belədir. 
Məqsəd budur ki, deməyəsiniz əməllərimiz doğrudur. 
Tutaq ki, əqidən düzgün oldu və bu düzgün əqidə ilə 
dünyadan getdin. Bəs əməllərin necə? İddia edə 
bilərsənmi ki, əməl baxımından qüsurlu deyilsən? Əgər 
mə”sum, günahsız şəxs “qəbrimdə Nəkir və Münkirin 
sualı üçün ağlayıram” deyərək nalə çəkirsə, mən və sən 
nə deyək? 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin