МӘАД
44
gətirdilər, mənə də “bizimlə gəl” dedilər və əlavə etdilər:
“Bu cənazəni ruhlara qovuşdurmağa hazırıq.” Onu geniş
bağa daxil edib, ali bir qəsrdə yerləşdirdilər. Burada
bütün yaşayış ləvazimatı vardı. Onların ardınca qəsrə
daxil olanda qızıl taxtda oturmuş bir cavan gördüm. O
məni görüb adımla çağırdı, salam verdim, yanında yer
verdi, hörmət göstərdi. Sonra dedi: “Mən gördüyün
həmin cənazənin sahibiyəm (adını, şəhərin adını dedi).
Gördüyün cəmiyyət məlaiklər idi ki, məni öz şəhərimdən
bu bərzəx Behiştinə gətirdilər.” Bu sözləri eşidib,
sakitləşdim, bağı seyr etdim. Bu bağdan kənarda da
qəsrlər vardı. O qəsrlərdə atam, anam və bəzi tanışları
gördüm. Məni də”vət etdilər, tə”amlarından yedim.
Ləzzətin nəhayət həddində ikən yadıma ailəm düşdü ki,
indi acdırlar, qəmkin oldum. Atam soruşdu ki, Mehdi,
sənə nə oldu? Dedim ki, uşaqlarım acdırlar. “Bu buğda
anbarıdır götür” dedi atam. Əbamı buoda ilə doldurdum.
Bir də gördüm əbam buğda ilə dolu halda Vadiyüs-
səlamda, əvvəlki yerimdə oturmuşam. Evə gəldim.
Əyalım “bu buğdanı haradan gətirdin”? deyə sual verdi.
Demədim. Bir müddət həmin buğdadan istifadə etdik,
buğda qurtarmırdı.
Qısası, mərhumun əyalı çox israr edir və o bu məsələni
açır. Növbəti dəfə qadın buğda üçün gedəndə, buğdadan
əsər-əlamət qalmadığını görür. Bu qəziyyənin oxşarları
“Darxs-səlam” kitabında zikr olunub. İstəyənlər müraciət
edə bilərlər.
Dostları ilə paylaş: