Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


BÜTÜN QİDALAR BİR QİDADA TOPLANMIŞLAR



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə25/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   21   22   23   24   25   26   27   28   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

BÜTÜN QİDALAR BİR QİDADA TOPLANMIŞLAR 
Əlbəttə, o aləmin bütün nemətləri maddi yox, lətifdir. 
Rəvayətlərdə buyurulmuşdur ki, vahid bir şey möminin 
istəyi ilə müxtəlif növlərə çevrilə bilər. Məsələn, bir 
meyvə sənin istəyinlə başqa meyvə olar. 
Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dan 
rəvayət olunmuşdur ki, (Həmzə (əleyhissalam)-ın 
şəhadətindən sonra) buyurdu: “Seyyidüş-şühəda əmim 
Həmzəni gördüm ki, qarşısında Behişt meyvələrindən bir 
tabaq var idi. O meyvələrdən meyl edirdi, onun istəyi ilə 
birdən nar üzümə döndü, üzümdən yedi, yenidən üzüm 
xurmaya çevrildi.” 
Bəli, lətif olduğundan, bir şey başqasına çevrilir. 
TƏSİR GÜCÜ 
Bərzəx aləminin bu fani dünyadan üstünlüklərindən 
biri orada tə”sir gücünün böyüklüyüdür. Ali hikmətdə 
hamıya deyiləsi olmayan bir həqiqət vardır ki, bu 
həqiqətə yalnız işarə edib, ötürük. (Dərk edən və dərk 
olunan lətif, qeyri-maddi olduqca idrak da güclənir). 
Dünyadakı meyvələr, şirnilər onlardan aldığımız ləzzət 
bərzəx aləminin meyvə, şirni, ləzzətlərinin bir damlasıdır. 
Deyilənlərin əsli isə bərzəxdədir. Əgər hurül-eynin 
surətindən bir qədər açılarsa, gözlər qamaşar. Əgər huri 


AYӘTULLAH DӘSTĞEYB
41 
bu dünyada görünsə, nuru günəşi kölgədə saxlayar. Bəli, 
mütləq cəmal oradadır. Rəbbimiz Quranda buyurur: “Biz 
yerdə olanları ona zinət qərar verdik. Bir zinət ki, imtahan 
üçündür.” (18-ci surə, 6-cı ayə) 
Bəli, kiçik böyükdən, uşaq aqildən seçilsin, bu 
oyuncağa kimin sevindiyi bilinsin. Bütün bunlara 
aldanmayan şəxsləri həqiqi ləzzət, gerçək cəmal, doğru 
səadət gözləyir. 
QƏBİR SAHİBİNİN DƏ”VƏTİ 
Beləcə, bərzəx aləmində tə”sir gücü, tə”sir qüvvəsi bu 
dünyadakı tə”sirlərə müqayisə olunası deyil. Bəzən bu 
dünya sakinlərinin qarşısına mövzumuzla əlaqəli 
nümunələr çıxır ki, başqaları üçün ibrət olsun. 
Mərhum Nəraqi “Xəzain”də, inanılmış səhabəsindən 
belə nəql edir: “Mən cavanlıq dövründə, İsfahanda 
Novruz bayramı münasibətilə atam və dostlarımla gəl-get 
edirdik. Çərşənbə axşamı dostlardan biri ilə görüşə 
getdik. Onun mənzili qəbirstanın yaxınlığında olurdu. 
Azca dincəlmək və dünyasını dəyişənləri ziyarət etmək 
üçün yolüstü qəbirstanlığa döndük. Oturduğumuz yerdə 
dostlardan biri zarafata üzünü bir qəbirə tutub dedi: “Ey 
qəbir sahibi, Novruz bayramıdır”? Qəfildən bir səs ucaldı: 
“Gələn çərşənbə axşamı hamınız mənə qonağsınız.” 
Dəhşətə gəldik. Fikirləşdik ki, yə”qin gələn çərşənbə 
axşamınadək 
ölüm 
bizi 
haqlayacaq. 
İşlərimiz 
sahmanlayıb, vəsiyyətimizi etsək də ölümdən bir xəbər 
çıxmadı. 
Deyilən gün bir az günortadan ötmüş toplaşıb, 
fikirləşdik ki, həmin qəbirin üstünə gedək. Bəlkə heç 
məqsəd bizim ölümümüz deyilmiş. Qəbirə yetişəndə 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin