Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə22/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   18   19   20   21   22   23   24   25   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
36 
SƏD DƏ QƏBİR ƏZABI GÖRDÜ 
Ənsarın rəisi Sə”d ibni Məaz Peyğəmbər (səlləllahu 
əleyhi və alihi və səlləm) və müsəlmanların yanında çox 
möhtərəm idi. Süvari halda gəldiyi zaman Həzrət 
buyurdu ki, müsəlmanlar onun istiqbalına getsinlər. 
Məaz içəri daxil olanda Allahın Rəsulu (səlləllahu əleyhi 
və alihi və səlləm) özü ayağa qalxdı. Yəhudilərin 
hakimliyi ona tapşırılmışdı. Məaz vəfat edəndə 70 min 
mələk onun dəfnində hazır olmuşdu və Peyğəmbər 
(səlləllahu əleyhi və alihi və səlləm) yalın ayaqlarla onun 
tabutunu çiyninə götürdü və buyurdu: “Məlaikələrin 
cərgələri Məazın dəfnində hazır idilər, əlim Cəbrailin 
əlində idi, hara gedirdisə, mən də gedirdim.” Bir sözlə 
Həzrətin yanında belə hörmətli olan, bu sayaq şərəflə 
dəfn olunan Məazı Həzrət öz əliylə qəbrə qoyanda, “xoş 
halına, Behişt sənə ruzi oldu” deyə anası dilləndi. 
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: 
“Hardan bilirsən ki, oğlun Behişt əhlidir? İndi Məaz qəbir 
sıxıntısındadır”! Səhabələr soruşdular ki, ya Rəsuləllah, 
Səd kimi insan qəbir sıxıntısındadır? Buyurdu: Bəli.” 
Digər rəvayətdə Məazın qəbir sıxıntısının səbəbi onun 
ailədə tünd rəftarlı olması ilə əlaqələndirilmişdir. 
BÜTÜN ŞƏRAİTLƏRDƏ QƏBİR SIXINTISI 
MÜMKÜNDÜR 
Kuleyni, Yunisdən rəvayət edir ki, İmam Riza 
(əleyhissalam)-dan sual etdim: Dar ağacında asılmış 
adama qəbir əzabı yetişərmi? (Qədimdə dara çəkilənləri 


AYӘTULLAH DӘSTĞEYB
37 
öləndən sonra da aşağı salmazdılar, necə ki, şəhid Zeyd 
(əleyhissalam) 3 il dar ağacında qaldı.) İmam 
(əleyhissalam) buyurdu: Bəli, Allah havaya əmr edər ki, 
onu sıxsın. 
Digər rəvayətdə İmam Sadiq (əleyhissalam) buyurur: 
“Torpağın və havanın yaradanı bir Allahdır. Havaya 
vəhy edər və hava qəbirdən daha pis sıxar.” Su da eynən. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin