AYӘTULLAH DӘSTĞEYB
49
müqəddəs ruhu hər şeydən xəbərdar oldu. bəli, hissin
əyri-əskiyi ola bilər, amma Həzrətin qəlb gözü yanıla
bilməz.
HƏZRƏT MƏHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ
ALİHİ VƏ SƏLLƏM) MÜTLƏQ DOĞRUÇUDUR
Bəli Həzrət (səlləllahu əleyhi və alihi və səlləm)-in
buyurduqları atronomların dediklərindən qat-qat ucadır.
Onun dediklərini inkar etmək əqli zəiflikdəndir.
Buyurduqlarının
ziddinə
heç
bir
dəlil
olmayan
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)
mütləq
doğruçudur. Hələ İslamdan əvvəl onu Məkkədə
“Əssadiqül-əmin” adlandırmışdılar. Onun peyğəmbərlik
sənədi və əbədi mö”cüzəsi
Qurani-Kərim hər zaman
qarşımızdadır. Belə bir şəxsin qəbir sorğusu, Qiyamət
barədə buyurduqlarını necə qəbul etməmək olar?!
HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)IN ANASININ DƏFN
MƏRASİMİ
Fatimə binti Əsəd vəfat edəndə Əli (əleyhissalam)
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in
hüzuruna
ağlar gəlib, anam dünyadan getdi” xəbərini
verdi. Bir müddət Peyğəmbər (səlləllahu əleyhi və alihi və
səlləm)a analıq etmiş bu sevimli qadın haqqında Həzrət
buyrdu: “Mənim anam dünyadan gedib.” Kəfən zamanı
Həzrət
öz köynəyini gətirib, “ona bürüyün” buyurdu.
Sonra qəbirdə bir müddət uzanıb dua etdi. Dəfndən sonra
qəbrin başında dayandı və birdən uca səslə “ibnəki,
ibnəki, la Əqil, la Cəfər” dedi. Həzrətdən bu əməllərin
səbəbini soruşulanda buyurdu: “Bir gün Qiyamətin