Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə26/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   22   23   24   25   26   27   28   29   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
42 
aramızdan bir nəfər dilləndi: “Ey qəbir sahibi, öz və”dənə 
əməl et”! Bir səs ucalıd ki: “Buyurun”! (bəzən ibrət 
xatirinə Allah bərzəxin görünməsi üçün gözlərdən 
pərdələri götürər). Gözlərimizin önü dəyişdi. Məlakuti 
(bəsirət) gözlərimiz açıldı. Son həddə təravətli, səfalı bir 
bağ göründü. Bu bağda nəhrələrdən saf sular axırdı. 
Ağaclarda bütün fəsillərə məxsus, növbənöv meyvələr 
vardı. Bu ağaclarda xoşsəsli, növbənöv quşlar oxuyurdu. 
Son həddə zinətli bir imarət bu bağın ortasında idi. 
İmarətə daxil olduq. Nəhayət həddə gözəl bir şəxs 
əyləşmişdi. Bizi görüb ayağa qalxdı, üzr istədi. Dünyada 
görüb təsəvvür etmədiyimiz nemətləri orada müşahidə 
etdik. 
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK 
VAXTDA QILINMASI 
Məqsədim diqqətinizi bu deyilənlərə yönəltməkdir: 
“Yediklərimiz o qədər ləzzətli idi ki, heç vaxt belə 
ləzzətlər 
dadmamışdıq. 
Nə 
qədər 
yeyirdiksədə, 
doymurduq. Növbənöv şirnilər, meyvələr, müxtəlif dadlı, 
cürbəcür yeməklər gətirirdilər. Bir saat ötəndən sonra 
qalxdıq ki, görək sonrası nə olacaq. Həmin şəxs bizi bağın 
kənarınadək müşayət etdi. Atam ondan soruşdu: “Siz 
kimsiniz ki, Allah-Taala bu geniş dəstgahı sizə inayət 
edib, bütün aləmi qonaq edə bilərsiniz? Bura haradır”? O 
buyurdu: “Mən sizin həmvətəninizəm. Filan məhəllənin 
qəssabı idim. Bu məqama çatmağımın iki səbəbi vardır: 1-
ci odur ki, alverimdə heç vaxt əskik, yüngül satmamışam. 
Digəri budur ki, ömür boyu namazlarımı əvvəl vaxtında 
qılmışam. Əti tərəziyə qoyanda azançının “Allahu əkbər” 
sədası ucalan kimi işimi saxlayıb, məscidə namaza 


AYӘTULLAH DӘSTĞEYB
43 
getmişəm. Öləndən sonra bu məqamı mənə verdilər. Ötən 
həftə istədiyinizi yerinə yetirməyə icazəm olmadı. Bu 
həftə üçün izn aldım. Sonra öz ömrümüzün müddəti 
barədə suallar verib, cavab aldıq. “Sən 90 il 
yaşayacaqsan” dediyi adam hələdə sağdur. Mənə dediyi 
müddətdən hələ ki, 10 il qalır. Nəhayət, xudahafizləşdik, 
bizi yola saldı. Geri dönmək istəyəndə özümüzü həmin 
qəbirin yanında gördük.” 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin