МӘАД
48
ətrafında fırlandığını, Marsın da ətrafında fırlanan
ulduzların (peyklər) mövcud olduğunu deyirsə, görəsən
bu xəbəri eşidəndə inkar etməliyikmi?! Əksinə,
mümkündür ki, bu xəbər doğru olsun. Şeyxür-Rəis deyir:
“Əgər eşitdiyiniz xəbərin ziddinə dəliliniz yoxdursa, onu
mümkün hesab edin. Məsələn, eşitsəniz ki, dünyaya
ikibaşlı uşaq gəlib, əql üçün qeyri-mümkün olmadığında,
bu xəbəri mümkün bilin.”
ÜÇ NÖV XƏBƏR
1. Qeyri-mükünlüyünə əqli dəlil olmayan xəbər inkar
edilməməlidir.
2. Ziddinə dəlil olmamaqla yanaşı, bu xəbərə sadiq və
doğruçu şahid varsa, əqlin hökmü ilə bu xəbər qəbul
olunmalıdır.
3. Əgər xəbər verən şəxsin Allah-Taala tərəfindən
mö”cüzə kimi bir sənədi, şəhadətnaməsi varsa, bu xəbər
tam yəqinliklə qəbul olunmalıdır.
Dostları ilə paylaş: