Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə29/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   25   26   27   28   29   30   31   32   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

AYӘTULLAH DӘSTĞEYB
47 
qorxanam. Allahın yardımı ilə qəlbimdə dünya malına 
məhəbbət yoxdur. Qənaət, üzlət əhliyəm. Amma bütün 
bu tə”riflərə baxmayaraq, başıma çox acı bir hadisə gəlib 
ki, sizə danışmaq istəyirəm. Sizin ilahi əzabın şiddəti , 
Cəhənnəm odunun yandırması ilə qorxutmaq, cəza 
gününün bəzi xəbərlərini sizə çatdırmaq istəyirəm. Bir 
gün mən borc almağa məcbur oldum. Bir yəhudidən 10 
qran aldım və 20 günə qaytarmağa şərtləşdik-yə”ni 
gündə yarım qran. On gün yarım qran qaytarandan sonra 
yəhudimi görə bilmədim. Sonra yuxuda Qiyamətin 
başlandığını gördüm. Məni və sair adamları hesab üçün 
ayırdılar. İlahi fəzldən, mən Behişt əhlindən olub, Behiştə 
tərəf hərəkət etdim. Sirata çatanda Cəhənnəmin nərəsini 
eşitdim. Borclu qaldığım yəhudinin Cəhənnəmdən alov 
şöləsi tək ayrılıb yolumu kəsdiyini gördüm. “Mənim 5 
qranımı ver, get”! dedi. Ağlayaraq dedim: “Mən səni 
axtardım ki, borcunu qaytaram.” Nə qədər dedimsə 
buraxmadı. “Onda qoy bir barmağımı bədəninə 
toxundurum.” 
Razı 
oldum. 
Bədənimə 
tohunan 
barmağının dağlayıcı sutisindən yuxudan oyandım və 
sinəmdə onun barmağının yarasını gördüm. bəli, ində də 
yaralıyam və etdiyim dərmanlar heç bir fayda vermir.”
Bunu deyib, qoca abid sinəsini açdı, yaranı görən 
adamların naləsi qalxdı. Əttar ilahi əzabın çətinliyindən 
qorxuya düşdü. həmin hindunu evinə aparıb, əmanətini 
qaytardı və üzr istədi. 
KİMSƏ İNKAR ETMƏDİ 
Əql hökm edir ki, eşitdiyimiz sözlər qeyri-mümkün 
(məhal) deyilsə, onu inkar etməməli, əksinə, mümkün 
hesab etməliyik. Məsələn, bir astranom Ayın Yerin 


 
МӘАД 
48 
ətrafında fırlandığını, Marsın da ətrafında fırlanan 
ulduzların (peyklər) mövcud olduğunu deyirsə, görəsən 
bu xəbəri eşidəndə inkar etməliyikmi?! Əksinə, 
mümkündür ki, bu xəbər doğru olsun. Şeyxür-Rəis deyir: 
“Əgər eşitdiyiniz xəbərin ziddinə dəliliniz yoxdursa, onu 
mümkün hesab edin. Məsələn, eşitsəniz ki, dünyaya 
ikibaşlı uşaq gəlib, əql üçün qeyri-mümkün olmadığında, 
bu xəbəri mümkün bilin.” 
ÜÇ NÖV XƏBƏR 
1. Qeyri-mükünlüyünə əqli dəlil olmayan xəbər inkar 
edilməməlidir. 
2. Ziddinə dəlil olmamaqla yanaşı, bu xəbərə sadiq və 
doğruçu şahid varsa, əqlin hökmü ilə bu xəbər qəbul 
olunmalıdır. 
3. Əgər xəbər verən şəxsin Allah-Taala tərəfindən 
mö”cüzə kimi bir sənədi, şəhadətnaməsi varsa, bu xəbər 
tam yəqinliklə qəbul olunmalıdır. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin