Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə31/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   27   28   29   30   31   32   33   34   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
50 
üryanlığından söhbət düşəndə, Fatimə ağlayıb, onu öz 
göynəyimə bükməyimi istədi. Qəbir əzabından qorxduğu 
üçün qəbirdə uzanıb, dua etdim. Qəbirdə Allah və 
Peyğəmbər barədə olan suallara cavab verən Fatimə 
İmam barəsindəki sualda tutuldu (çünki İmamət əmri 
aşkar olmamışdı), ona görə mən dedim ki, Cəfər yox, Əqil 
yox, söylə oğlun Əli.” 
FATİMƏ GƏLƏCƏK ƏZABDAN QORXUR 
Fatimə binti Əsəd kimi əzəmətli bir şəxs, Kəbə 
daxilində üç gün Allaha qonaq qalmış kəs, Həzrət Əli 
(əleyhissalam)-ın 
pak 
vücudunu 
böyütmüş 
ana, 
Peyğəmbərə ikinci iman gətirmiş qadın, o sayaq ibadət 
əhli sonrakı əzablardan bu cür qorxursa və Rəsulullah 
(səlləllahu əleyhi və alihi və səlləm) ona bu sayaq kömək 
edirsə, gəlin biz də özümüzü fikirləşək. 
Qayıdaq söhbətimizin davamına. 
CİSMANİ BƏDƏNƏ RUHUN TƏSİRİ 
Bərzəxdə nemət və ya əzab ruha aid olsa da bəzən 
ruhun qüvvəsindən bədən də tə”sirdə olur. Bəzən ruhun 
həyat qüvvəsindən qəbirdəki bədən min il ötsə də, 
çürümür, təravətini itirmir. Sübut üçün çox mövzular 
vardır. Məsələn, təqribən Fətəlişah döründə təmir 
məqsədi ilə İbn Babəveyhin (r) sərdabəsini açır və 
cənazənin, kəfənin zərrəcə çürümədiyinə şahid olurlar. 
Ən maraqlısı isə odur ki, dəfndən doqquz yüz il 
keçməsinə baxmayaraq, onun dırnaqlarındakı hənanın 
rəngi getməmişdi. 


AYӘTULLAH DӘSTĞEYB
51 
SƏDUQUN CƏSƏDİ TƏRAVƏTLİ QALMIŞDI 
“Rovzatül-cənnat” kitabında yazılır: 1238-ci ildə güclü 
yağış Şeyx Səduqun (r) məqbərəsini uçurtdu. Tə”mir 
məqsədi ilə şərif qəbrə daxil oldular və cəsədin tamamilə 
səhih, 
salamat 
qaldığını 
gördülər. 
Cənazənin 
dırnaqlarında hənanın əlamətləri vardı. Bu xəbər 
Tehranda yayılıb, Fətəlişahın qulağına çatdı. Sultan özü 
bir dəstə alim və dövlət işçiləri ilə bu xəbəri yoxlamağa 
gedib, deyilənlərin həqiqiliyinə şahid oldular. Sultan 
binanın tə”mir edilib, güzgülənməsini əmr etdi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin