EVİNİN ƏTRAFINDAKI ÇƏYİRTKƏLƏRİ MÜDAFİƏ
EDƏN ŞƏXS
Mühəddis Qummi “Məfatihül-cinan” kitabında Əli
(əleyhissalam) mübarək qəbrinə sığınanların (onun
yaxınlığında dəfn olunanların) bəhrələnəcəyini çox gözəl
bəyan edib: Təyy tayfasından olan bir ərəf əllərində çuval
olan bir dəstə həmtayfasının onun xeyməsinə doğru
hərəkət etdiyini gördü. Soruşdu ki, nə olub? Dedilər:
Sənin xeymənin ətrafında xeyli çəyirtkə toplanıb, gəldik
ki, onları tutaq.
Bunu eşidən ərəb nizəsini ələ alıb, atlandı və dedi:
“And olsun Allaha, çəyirtkələr toxunan adamı qətlə
yetirəcəyəm. Necə olar ki, bu çəyirtkələr mənim
pənahıma sığına, siz də onları tutasınız”? Nəhayət, günəş
МӘАД
62
qalxdı, çəyirtkələr uçub getdilər. Ərəb dedi: “Onlar
məndən uzaqlaşdılar, indi özünüz bilərsiniz.”
Bəli, bu ibrətamiz rəvayət təsdiq edir ki, Həzrət Əli
(əleyhissalam)-ın
pak
qəbrinə
sığınanlar
hökmən
faydalanacaqdır.
RUHUN QƏBİRLƏ ƏLAQƏSİ DAHA ÇOXDUR
Mühəddis Cəzairi “Ənvari-nömaniyə”də nəql edir:
Soruşa bilərsiniz ki, əgər misali qəlibdə olan ruh Vadiyüs-
səlamda olursa, nə üçün qəbir üstünə getmək əmr
olunub? Əgər ruhlar qəbirdə deyilsə, öz ziyarətçisini necə
başa düşür? Cavab: Həzrət Sadiq (əleyhissalam)-dan
rəvayət olunub ki, ruhlar Vadiyüs-səlamda olsalar da, öz
qəbirlərinədək məhəlli əhatə edə bilirlər. İmam
(əleyhissalam) ruhu günəşə oxşadıb: günəş səmada olsa
da, şüaları bütün yeri əhatə edir. Ruhların da elmi, biliyi
belədir.
GÜNƏŞ ŞÜASININ GÜZGÜDƏ İN”İKASI (ƏKS
OLUNMASI)
Günəşin şüası başqa yerlərə nisbətən güzgüdə daha
çox əks olunur. Ruhun da öz qəbrinə diqəti daha çoxdur.
|