Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə40/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   36   37   38   39   40   41   42   43   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

AYӘTULLAH DӘSTĞEYB
63 
İllər boyu onunla (bədənlə) iş görüb, onun bərəkətiylə 
səadətə çatması ruhun qəbrə əlaqəsinə səbəb olacaqdır. 
Buradan, “imm hər yerdədir, şərif qəbrinin ziyarətinə 
getmək nə lazım” deyən şəxsin cavabı məlum olur: 
İmamların və din böyüklərinin məzarlaır onların 
ruhlarıın daha artıq daha artıq diqqət etdiyi, ilahi 
rəhmətin nazi olduğu, məlaiklərin dolandığı məhəldir. 
Kamilən 
faydalanmaq 
istəyənlər 
bu 
mübarək 
məhəllərdən əl götürməməlidirlər. 
Bəzilərində belə bir zəif şübhə görünüb: Əgər ölümdən 
sonra ruh misali bədən deyilən bir bədənlə əlaqələnirsə, 
nə üçün həmin bədən ki, günah edib, cəzaya çatmasın? 
Bu sualın bir neçə cavabı vardır. 
BÜTÜN RUHLAR İKİ BƏDƏNƏ MALİKDİR 
Məclisi rəhmətliyin buyurduğu kimi, misali bədən 
maddi deyil ki, ölümdən sonra onu gətirib, ruha deyələr: 
O bədəndən çıxıb, bu bədənə buyurun. Misali bədən bir 
lətif (qeyri-maddi) bədəndir ki, ölməzdən əvvəl də həmin 
şəxslə idi. Hər bir ruh iki bədənə malikdir: Lətif bədən və 
kəsif, torpaq bədən. Bu iki bədən istər ibadəti, istərsə də 
savabı birgə ediblər. Amma yuxudakı bütün işləri yol 
getmək, danışmaq və s. misali bədən icra edir. Bir göz 
qırpımında Kərbəlaya, Məşhədə gedir, şərqə, qərbə gedir 
və məhdudiyyəti də yoxdur. Göründüyü kimi misali 
bədən həmişə şəxslədir. Lakin ölü zamanı misali bədən 
həmişə şəxslədir. Lakin ölüm zamanı misali bədən cismin 
bədəndən tam ayrılır. 


 
МӘАД 
64 
BÜTÜN HALLARDA CƏZALANAN VƏ FAYDALANAN 
RUHDUR 
İnsanın ruhu ölümdən sonra surət alır. Bu surət 
dünyəvi surətin eynidir. Yə”ni o, xarici bədənə çevrilmir, 
yalnız maddi bədənin şəkilini alır. İndi özünüz bilin, 
istəyirsiniz ona misali bədn deyin, yaxud bərzəx qəlibi 
adlandırın, ya da ruh deyin. Lakin lətif olduğundan 
maddi göz onu müşahidə edə bilmir. Ümumiyyətlə, 
dünyada günah edən də ruhdur, sonradan cəzalanan da 
(istər misali bədənlə, istərsə də müstəqil) Qiyamətdə isə 
həmin maddi bədənlə olar. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin