МӘАД
68
(səlləllahu əleyhi və alihi və səlləm) və onun pak ailəsi)
Bərzəx Behişti və bərzəx Cəhənnəmin haqqında aydın və
işarəylə çoxdur. Bura qədər deyilənlərə kifayətlənirik.
BƏRZƏX SAVABI VƏ BƏRZƏX CƏZASI
HƏDİSLƏRDƏ
Bərzəx aləmiin savab və cəzalarından söz açan hədislər
çoxdur. Bir neçə rəvayəti qeyd edirik:
“Bihar”-ın 3-cü cildində Əliyyibn İbrahim Qumminin
təfsirindən
rəvayət olunub ki, Əmirəl-möminin Əli
(əleyhissalam) buyurub:
“Dünyanın sonuncu, axirətin ilk günü Adəm övladının
qarşısında sərvəti, övladı və əməli mücəssəm olar.
ÜXzünü sərvətinə tutub deyə: And olsun Allaha, mən
sənə qarşı həris və (ehsan etməkdə) naxıl oldum,
səndən
mənə nə qaldı? Sərvət deyər: Kəfən əndazəsində məndən
götür. Sonra üzünü övladlarına tutub deyər: And olsun
Allaha, sizi sevdim və haminiz oldum,
sizdən mənə nə
qaldı?
Əməl deyər: Mən qəbirdə və Qiyamətdə sənə yoldaş
olahaqğam ilahi Hüzura yetənədək. Əgər bu şəxs Allah
dostu gözəl libasla, xoş ətirli onun yanına gələr və deyər:
Müjdə
olsun sənə, ruhuna reyhan, nəim Behişt, xoş
gəlmisən, Soruşar ki, sən kimsən? Deyər:
Sənin
dünyadakı saleh əməlinəm, Behiştə hərəkət et. O, öz qüsl
verənini tanıyar, cənazəsini götürənlərə and verər ki onu
tez aparsınlar. Qəbrə daxil olduğu zaman saçlarını yolan
iki sorğu mələyini qəbirdə hazır görər.
Dişləri ilə yeri eşən bu mələklərin səsi şimşəyi
xatırladar, gözlərindən sanki, ğığılcım saçar, ona deyərlər: