AYӘTULLAH DӘSTĞEYB
73
BƏRƏHUT BƏRZƏX CƏHƏNNƏMİNİN
MEYDANIDIR (VƏ YA MƏZHƏRİDİR)
Dediymiz kimi, Vadiyüs-səlam xoşbəxt ruhların,
Bərəhut səhrası (otsuz, susuz çöl) çirkin ruhların zühur
məhəllidir. Aydınlıq üçün bir hədis ərz edirəm:
Bir gün bir kişi Həzrət Peyğəmbərin (səlləllahu
əleyhi
və alihi və səlləm) məçlisinə daxil olub, qorxu, dəhşət
içərisində dedi: Çox təəccüblü bir şey görmüşəm! Həzrət
buyurdu ki, nə gördün? Dedi: Əyalım bərk xəstələndi.
Mənə dedilər ki, Bərəhutdakı
quyudan su gətirsən,
sağalar. (Bəzi dəri xəstəlikləri həmin su ilə müalicə
olunur.) Bir tuluq və bir qab götürüb oraya getdim. Çox
dəhşətli səhra olsa da, qorxuma güc gəlib, quyunu
axtarmağa başladım. Birdən yuxarıdan
nə isə zəncir
səsinə oxşarsəs verib aşağı endi. “Həlak oldum, mənə su
ver”, deyən bir kişi gördüm. Qabı su ilə doldurub ona
vermək istəyəndə, gördüm ki,
bu kişinin boynundan
zəncir var. Suyu verəndə onu yuxarı çəkdilər. Mən suyu
qaba qaytaranda, o yenə gəldi və yenə də su vermək
istəyəndə yuxarı çəkildi. Üç dəfə belə oldu. Mən qabın
ağzını bağlayıb, ona su vermədim.
Qorxumdan sizin
xidmətinəz gəlim ki, görəm bu nə işdir?
Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:
Bu bədbəxt (qardaşını öldürmüş Adəm oğlu) Qabildir ki,
Qiyamət gününədək həmin yerdə əzabdadır. Qiyamətdə
isə Cəhənnəm əzabına yetişər.