Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə48/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   44   45   46   47   48   49   50   51   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
76 
ÜÇÜNCÜ FӘSİL 
QİYAMƏT 
QİYAMƏT BARƏDƏ ƏQLİN HÖKMÜ 
Əgər nəqli dəlillərimiz olmasaydı, xalqı Qiyamət 
gününə inanmağa çağıran, onların danışıqlarının, 
əməllərinin, əqidələrinin sorğu-suala tutulacağını xəbər 
verən peyğəmbərlər gəlməsəydilər də, əqlimiz ən böyük 
şahid və dəlil idi ki, bu fələklər və xilqətlərin gərdişi 
nəticəsiz olmayacaq. Bütün əql sahibləri ətrafına baxıb 
görür ki, gecə gündüz, gündüz gecə olur, yeyir, yatır, 
ifraz edir, cinsi yaxınlıqda olur, uşaq böyüyür, cavan 
qocalır və ölür. Müşahidə etdiyiniz bu sonsuz, geniş 
dəsgah elə bunun üçün imiş?! İnsan ifraz maşınımı 
yaradılıb?! Bu ki, əbəs və mənasız olardı! Bir halda ki
heyvanlar yeyirdi, cinsi yaxınlıq bacarırdı, insana nə 
ehtiyac vardı?!
 
AXİRƏTİ İNKAR EDƏNLƏR ALLAHIN HİKMƏTİNİ 
ANLAMAYIBLAR 
Axirəti inkar edənlər Allahı hikmət sahibi qəbul 
etmirlər (əstəğfirullah). Çünki onların dediyinə görə, bu 
yaradılış nəticəsiz və mənasızdır. (23-cü surə, 117-ci ayə) 
Amma səhv edirlər. Müşahidə etdiyimiz hər yerdə, hər 
şeydə min bir hikmət var. Onların bir hissəsinə bəşərin 
varması mümkündür. Aləmin ən zəif, kiçik hissəsi də 
məsləhətsiz, gərəksiz deyil, hətta sıradan çıxmış üzvlər 
də! 


AYӘTULLAH DӘSTĞEYB
77 
DIRNAQ ƏL ÜÇÜN LİNG (LOM) YERİNDƏDİR 
Tük (saç) və dırnaq da hikmətsiz deyil. Məsələn, 
dırnaq kimi kiçik və əhəmiyyətsiz görünən üzvün 
hikmətlərindən 
biri 
budur 
ki, 
barmaqlar 
üçün 
söykənəcək, ling yerindədir. İnsan bir şeyi qaldırmaq 
istədikdə həmin dırnaqların təzyiqi ilə barmaqlarını sıxır 
(bir kibrit çöpünü sındırmaqla dırnaqlarınıza diqqət 
yetirin. Bəzən, dırnaq dibdən tutulduqda, müəyyən 
işlərin icrası qeyri-mümkün olur, onda qalmış dırnaq 
tamam olmaya! Dırnağın digər faydası odur ki, bədəni 
qaşımaqda istifadə edilir. Əlavə olaraq, bədəndəki bəzi 
artıq çirklər dırnaqla xaric edilir. Buna görə də heç olmasa 
həftədə bir dəfə (xüsusən cümə günü) dırnaq 
tutulmalıdır. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin