Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə56/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   52   53   54   55   56   57   58   59   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

SU VƏ OD BİR YERDƏ 
“Yasin” surəsi, ayə 79-80: “Onları (çürümüş sümükləri) 
ilk dəfə yoxdan yaradan Allah dirildəcəkdir. O yaradan 
ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz 
indi ondan (iki ağacı bir-birinə sürtməklə) od 
yandırırsınız.” 
Mərx və İfar ağaclarından şaxə kəsdikdə, onlardan su 
axır. Onların biri erkək, digəri isə dişidir. Onları bir-birinə 
sürtdükdə, od verirlər. Ərəbistanda ilk vaxtlar kibrit və 
çaxmaqdaşı olmadığından, od belə əldə edilirdi. 
Təəccüblüdür ki, hər ikisindən su axan iki ağac bir-birinə 
sürtüldükdə od necə yaranır? Bu iki zidd işi (od və su) 
əlaqələndirən qadir Allahdır. Necə ola bilər ki, belə bir 
Xaliq ikinci dəfə ruhu, dağılıb sonradan cəmlənmiş 
bədənə qaytara bilməsin?! 
ÇÜRÜMÜŞ SÜMÜKLƏR NECƏ DİRİLƏR? 
“Yasin” surəsi, ayə 79: 
Əbu ibni Xələf Rəsulullah (səlləllahu əleyhi və alihi və 
səlləm)-in məclisinə gəlib, əlindəki çürümüş sümüyü 
sıxıb əzdi və üfürüb (küləyə verib) dedi: Bu çürümüş 
sümükləri kim yenidən dirildər? 
Allah-Taala zikr olunmuş ayələrdə bu cahilanə danışığı 
məzəmmətləyib buyurur ki, öz yaranışını unudan kəs 
Bizə misal çəkir. Yə”ni, sən heç idin, səni heçdən yaratdı. 


 
МӘАД 
88 
(Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in dili 
ilə.) Birinci dəfə yaratdığı kimi yenə də dirildər. O hər 
yaranışa alimdir. Əvvvəl heç idin, indi isə bir şeysən 
(çürümüş 
sümüksən). 
Möminin 
bədən 
zərrələri 
başqalarından qızıl tək üstündür. Yağış yağanda torpağı 
yuyar və torpağın altındakı qızıl parıldar. Bəli, hər kəsin 
bədən üzvlərinin toplanması səhv ola bilməz. 
ALLAH ELMİNDƏ SƏHVƏ YOL YOXDUR 
İbrahim (əleyhissalam)-ın qəziyyəsində nəql edildi ki, 
qarğa, xoruz, göyərçin və tovuzu tutub, başlarını kəsdi. 
Bədənlərini doğrayıb, tam qarışdırdı. Rəvayətə görə, 17 
yerə bölüb dağın 17 yerində qoydu. Göyərçinin başını 
əlinə götürüb, çağırdı. Göyərçinin tikələri hər yerdən 
cəmlənib, başına yapışdı. O biri quşları da səsləyəndə 
eyni iş təkrar oldu. İbrahim (əleyhissalam) xoruzun başını 
tovuzun bədəni qarşısında tutanda isə bədən başa 
yapışmadı. Məqsədim budur ki, ilahi elmdə səhvə yol 
yoxdur. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin