Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


OLMAQ İMKANI GÜCLÜ DƏLİLDİR



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə53/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   49   50   51   52   53   54   55   56   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

OLMAQ İMKANI GÜCLÜ DƏLİLDİR 
Sonra, bir şeyin ola bilməsi üçün ən böyük dəlil onun 
mislinin (ona oxşarın) olmasıdır. Əgər insan öz əvvəlini, 
ilkini fikirləşsə, görəcək ki, əvvəldə dağınıq hava, su, 
torpaq zərrələrindən ilahi qüdrətlə cəmlənib. Müxtəlif 
heyvan, bitki hissələrindən hazırlanmış xörək atanın 
mə”dəsinə daxil olur, onun orqanizmində yenidən 
zərrələrə parçalanır. Şəhvətin həyacanlandığı zaman 
yeməyin xülasəsi bütün üzvlərdən gələn rütubətin 
zərrələri ilə həzm olub, nütfə (sperma) yolu ilə ananın 
bətnində qərarlaşır. (Nütfənin zərrələri bütün bədəndən 
toplandığı üçün cənabətdən, yaxınlıqdan sonra bütün 
bədənə qüsl vermək vacibdir.) 
Beləliklə, hər bir bədən hələ ölənədək, əvvəldə iki dəfə 
dağınıq zərrələrdən ilahi qüdrətlə toplanır. Birinci dəfə 
torpaq, hava, sudan, ikinci dəfə isə atanın bütün 
bədənindən. (Bütün bunları görə-görə üçüncü dəfə 
bədənin toplanacağına nə üçün şəkk edilməlidir?!) 


 
МӘАД 
84 
ÜÇÜNCÜ DƏFƏ DƏ CƏMLƏNMƏSİ BUYURULAR 
Bu iki mərhələni görüb bildikdən sonra üçüncü dəfə 
qəbirdə 
çürüyüb 
dağılmış 
bədənin 
yenidən 
cəmlənəcəyinə nə üçün təəccüb etməliyik?! Əvvəlki 
yaranışınızı nə üçün düşünmürsünüz? (Quran 54-cü ayə, 
surə 62-ci ayə) Yə”ni, ey insan sən torpaq idin, Bizim 
qüdrət əlimiz səni topladı, qida maddəsi şəklində atanın 
bədənində bir hissə oldun, ikinci dəfə səni toplayıb, nütfə 
şəklində 
atandan 
xaric 
edib, 
ananın 
bətnində 
qərarlaşdırdıq. Bu toplanıb dağılmağı dünyada görə-görə 
üçüncü dəfə dünya kənarında cəmlənəcəyinə niyə 
təəccüb edirsən? 
DÜNYADA ÖLÜLƏRİN DİRİLMƏSİ 
Öləndən sonra dirilmə hallarına çox təsadüf olunur. 
Baharda təbiətə baxsanız, qurumuş, ölü ağaclar yenidən 
necə canlanır? Ölü torpağın dirilməyini görmüsünüzmü? 
(30-cu ayə, 23-cü ayə). Ölmüş insanın da dirildiyi 
müşahidə olunub. Hədis kitablarında rastlaşırıq ki, 
Həzrəti İsa (əleyhissalam), eləcə də mə”sum İmamların 
(əleyhimussalam) əli ilə ölülərin dirilməsi həqiqətdir. 
Quranda ölünün dirilməsinə aid iki qəziyyə zikr olunur: 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin