AYӘTULLAH DӘSTĞEYB
95
Sual etdilər ki, ya Rəsuləllah, üzü üstə necə hərəkət edə
bilərlər?
Buyurdu: “Onları dünyada ayaqları ilə hərəkət etdirən
Allah qadirdir ki, üzü üstə də hərəkət etdirsin.”
ÜRƏKLƏR AĞIZA GƏLƏR
“Mömin” surəsi, ayə 18: “Onları ürəklərin ağıza
gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə
(Qiyamət günü ilə) qorxut.”
O günün xovf və hövlündən ürəklər yerindən çıxıb
boğazlarda dayanar, nə yerinə qayıdar, nə də bayıra çıxar
ki, rahatlıq olsun. O gün ürəklər qəm-qüssə ilə dolu olar.
Bir sözlə, həmin
gün o qədər dəhşətlidir ki, ürəklər
yerindən qopub nəfəs yolunu tutar. Bu Qurani Məcidin
mö”təbər məsələsidir. Allah-Taala
təkrar-təkrar belə bir
günün qorxusundan xəbər verib ki, qardaş-qardaşdan,
insan öz ata-anasından, ailə uşağından qaçar.
Bu ayədə
Allah o gündəki qorxunu, hövlü bəyan edir ki, bu qorxu
və hövlün şiddətindən insani əlaqələr insanın əyalına,
övladına, ata-anaya, qardaşa olan əlaqəsi qırılar. Hər kəs
özünə əməllərinin
nəticəsinə elə məşğul olar ki,
başqalarına diqqətsiz qalar. Bu səbəbdən də hamıdan
qaçar. (80-cı surə, 34-cü ayə). (Günahlar səbəbindən) öz
haqqını istəməyə qorxar. Bəli, nəfəslər boğazlarda tutular,
bütün bu cəmiyyətdən, zarıltıdan savayı bir səs eşidilməz.
Dostları ilə paylaş: