Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə59/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   55   56   57   58   59   60   61   62   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

QİYAMƏT ƏZƏMƏTLİDİR 
Allah-Taalanın oyuncaq adlandırdığı dünya (47-ci surə, 
38-ci ayə) bizim üçün böyük göründüyü halda, Onun 
“böyük xəbər” adlandırdığı (78-ci surə, 1-ci ayə) Qiyamət 
barədə bir şey eşidəndə həmin Qiyaməti kiçik başa 
düşürük. Bəli, bütün əvvəlki və sonrakı xalqların 
toplanacağı gündür Qiyamət!!! Bu böyük cəmiyyətdə hər 
kəs öz əməllərindən narahat və qorxu içindədir-sonradan 
haqqında danışacağımız az adamdan savayı! 
ƏMR QİYAMƏTİN DƏHŞƏTİNDƏN QORXDU 
İslam tarixində ərəb qəhrəmanı Əmrin fəthlərindən çox 
deyilib. Müşrik olduğu zaman Rəsulullah (səlləllahu 
əleyhi və alihi və səlləm)-in xidmətinə yetişəndə Həzrət 
onu İslama də”vət etdi və buyurdu ki, əgər iman 
gətirərsə, Qiyamətin böyük qorxusundan amanda olar. 
Dedi:-Ya Mühəmməd, böyük qorxu nədir? Mənim qəlbim 
o qədər nəhəngdir ki, heç bir dəhşətdən qorxmuram. 
Həzrət buyurdu:-Ey Əmr, heç də sən düşündüyün 
kimi deyil. Adamlara bir nə”rə çəkilər ki, ölülər dirilər, 


 
МӘАД 
92 
dirilər ölər. Ölənlər üçün ikinci nə”rə çəkiləndə onlar da 
qalxıb səf çəkərlər, göylər yarılar, dağlar yerindən qopub 
səpələnər, ruhu olanların köksü parçalanar. İnsanlar 
günahlarını yada salıb özlərini düşünər, bir Allah 
istədiklərindən savayı... hardasan ey Əmr! 
Xülasə, Həzrət, Əmrin bədəninə lərzə düşənədək 
danışdı. Əmr dedi:-Qarşıdakı o gün üçün nə etməliyəm? 
Həzrət buyurdu:-De “La ilahə illəllah.” 
Elə o məclisdəcə Əmr və onun tayfası İslamı qəbul 
etdilər. 
YANAR TOPAQ KAFİRLƏRİN AYAĞI ALTDA 
Həmin gün insan öz ətrafında vəhşət görər. Yerin 
vəziyyəti büsbütün dəyişər. Əvvəlcədən dediyimiz kimi, 
Qiyamətin yeri, torpağı şüurludur, canlıdır. O, möminin 
ayaqları altda aram, ağ, parlaq, kafirin ayaqları altında isə 
bir parça yandırıcı oddur. 
Bir ağac, bir dağ, bir daldalanacaq gözə dəyməz. Hamı 
bir-birini görər. Hamı bəşər də olsa, şəkilləri dəyişər. 
Dünyada hamı bir şəkildədir, amma Qiyamətdə əməl və 
əqidəyə görə şəkillər müxtəlif olar. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin