Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə55/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   51   52   53   54   55   56   57   58   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
86 
gözləri açıldı. Hadisəni danışdı, özü və başqaları üçün 
ibrət oldu. 
DÖRD QUŞUN YENİDƏN DİRİLMƏSİ 
Qurani Məciddə olan ikinci qəziyyə Həzrət İbrahim 
(əleyhissalam) haqqındadır. O ərz etdi: Pərvərdigara, 
qəlbimin arxayın, xatircəm olması üçün ölüləri necə 
diriltdiyini görmək istəyirəm. Əmr edildi ki, dörd quş tut 
(qarğa, xoruz, göyərçin və tovuz), onları öldür və tikə-tikə 
doğra. Hər tikəni bir dağ başına qoy. Onları çağırdığın 
zaman sür”ətlə sənə doğru gələcəklər. (“Bəqərə” 260) 
Təfsirdə vardır ki, Həzrət İbrahim (əleyhissalam) quşların 
başını əlində tutub, onları bir-bir çağırdı. Gördü ki, hər 
birinin zərrələri ayrı-ayrılıqda birləşib öz başına doğru 
tələsir. Həzrət imtahan üçün bir başı başqa bədənin 
qarşısında tutsa da, yapışmadığını gördü. Bir sözlə, 
tikələr birləşdi, dörd quş dirildi. 
ALLAH-TAALA HƏR İŞƏ QADİRDİR 
Belə sual oluna bilər ki, bu qədər dəyişilmiş, çevrilmiş 
zərrələr necə birləşə bilər? Bu şübhə Allahın elm və 
qüdrətindən xəbərsizlik əlamətidir. Bilirik ki, Allahın elmi 
hər şeyi əhatə edir və zərrələrin zərrəsi də Onun 
elmindən xaric deyil. Həmçinin O, bütün işlərə qadirdir. 
Artıq bir şübhəyə əsas qalmır. Bir müddət qalıb çürümüş 
həşərat və vəhşilərə yem olmuş və ya çürümüş, hissələri 
küləklə səpələnmiş, min bir hala düşmüş bədənin 
zərrələri Allahın elmində itmir. Harada olursa olsun, 
Allah bu zərrələri toplamağa qadirdir. Necə ki, Həzrət 
İbrahimin tikə-tikə doğrayıb dağlara səpdiyi quşları 


AYӘTULLAH DӘSTĞEYB
87 
diriltdi. Çünki O, bütün zərrələrə alimdir, hətta minlərlə 
növdə görünsə də. Eləcə də, qadirdir ki, onları toplayıb 
savab və ya cəzaya çatdırsın. Bu ilahi qüdrətə müxtəsər 
nümunələr göstəririk. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin