Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə63/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   59   60   61   62   63   64   65   66   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

AYӘTULLAH DӘSTĞEYB
97 
QƏZƏB VƏ ŞƏHVƏT ZAMANI SƏBR 
Qiyamətdə əmniyyətinə və”də verilmiş adamların bir 
qismi də həmin şəxslərdir ki, qəzəbləndikləri zaman (pis 
işlər görmək iqtidarında olduqları halda), Allaha görə 
özlərini saxlayıb, qəzəblərini udub, həlim olsunlar. O 
cümlədən, şəhvət və günahla qarşılaşdıqda (abrının, 
pulunun əldən çıxmasına görə deyil), yalnız Allah 
qorxusundan o günahdan çəkinən adamlar da həmin 
çətinlikdən qurtuluşdadırlar. 
Bəzi ölülər üçün belə bir lütf olub. Əgər bir mömin 
əlini onun qəbrinin üstünə qoyub, yeddi dəfə “Qədr” 
surəsini oxuyarsa, o meyyit Qiyamət qorxusundan 
amanda qalar. 
HƏQİQİ ƏMNİYYƏT, QURTULUŞ ƏLİ 
(ƏLEYHİSSALAM)-IN VİLAYƏTİDİR 
İnsan üçün tam qorxusuz qurtuluş Əli (əleyhissalam)-
ın vilayətidir. (“Ənbiya” surəsi): “O kəslərə ki, gözəl 
əməllərinə görə, dərgahımızda gözəl aqibət və”d 
verilmişdir, 
onlar 
Cəhənnəmdən 
uzaq 
olacaqlar. 
Cəhənnəmin uğultusu qulaqlarına gəlməz. Onlar ürəkləri 
istəyən nemətlər içində əbədi olaraq qalacaqlar. Onları ən 
böyük qorxu məhzun etməyəcəkdir.” Bəli, Qurani 
Məcidin bu mö”təbər ayəsindəki “husna” (ən yaxşı əməl) 
Əli (əleyhissalam)-ın vilayətidir. Həzrət Peyğəmbər 
(səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Ya 
Əli, sən və sənin şiələrin böyük qorxudan amandadırlar 
və bu ayə sizin haqqınızdadır.” 


 
МӘАД 
98 
MÜTLƏQ GÖZƏL ƏMƏL ƏLİ (ƏLEYHİSSALAM)-IN 
VİLAYƏTİNİN QƏBULUDUR 
Əli (əleyhissalam) və onun ailəsinin vilayətini 
(möminlər üzərində tam, mütləq ixtiyar sahibi olmalarını) 
qəbul edənlərin “hüsna”-gözəl əməl sahiblərinin o günün 
böyük dəhşətindən qurtulacağını Quran və”d etmişdir. 
Müxtəlif təfsirlərdə o cümlədən, “Ruhul-bəyan”da Həzrət 
Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql 
olunmuşdur: “Hər kəs Mühəmmədin ailəsinə dostluqla 
ölərsə, tövbə edib dünyadan pak gedərsə, qəbirdən baş 
qaldırarkən məhşərə sakit, sərin qəlblə daxil olar. 
Qiyamətdən nə qorxar, nə də hövlə gələr. Behişt onun 
üçün bəzəkli toy otağı tək zinətləndirilər.” 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin