QİYAMƏTİN HALƏTİNDƏN AMANDA OLANLAR
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)
tərəfindən neçə dəstəyə və”d edilmişdir ki, bu adamlar
Qiyamətin böyük qorxusundan amandadırlar. İslamda
МӘАД
96
saç ağartmış kəsi böyük tutmaq (ehtiram göstərmək)
Qiyamət qorxusundan qurtuluşa səbəb olar. Əgər bu şəxs
insanın atası, anası olarsa daha yaxşı. Çətinliyə düşənlərin
fəryadına çatanlara Allah-Taala və”də vermişdir ki, ağır
Qiyamət günündə sizin fəryadınıza çatacağam. Məsələn,
bu adam dünyada yıxılanı yerdən qaldırmış, dərdlilərə
çarə axtarmışdır və sair.
MƏSCİD QİYAMƏTDƏ NİCAT GƏMİSİDİR
İnsanın eşq, əlaqə bağladığı, çox getdiyi məscid,
Qiyamət günü onun qəbrinin üstünə kəcavə şəklində
gətirilər. Qəbir sahibi ona süvar olar və Behiştə endirilər.
Rəvayətdə vardır ki, mömin soruşar: Bəs Sirat (körpü)
harada qaldı? Deyərlər: Ayaqlarının altından ötdü.
Soruşar: Süvar olduğum nə idi? Deyərlər: Dünyada eşq-
əlaqə bağladığın məscidin surəti idi.
Bəli, məscid Allah evidir, qədrini bilin, onun ehtiramını
aşağı tutmayın.
MƏKKƏDƏ, MƏKKƏ YOLUNDA ÖLÜM
Qiyamət qorxusundan amanda qalacaq kəslərin bir
qismi də Məkkə və Mədinədə vəfat edənlər və ya orada
dəfn olunanlardır. Həmçinin Məkkə yolunda dünyadan
gedənlər də həmin qəbildəndir. Qiyamət hövlündən
amanda qalacaq digər bir dəstə xalqı yox, öz nəfsini
düşmən tutanlardır. Yə”ni, xalqla münasibətdə öz
istədiyinin əksinə bir şey görərsə, nəzərində pis, eyb olan
bir şey müşahidə edərsə, həmin adamları yox, özünü
düşmən bilsin. Özünü danlasın ki, nə üçün belə bir istəyi
olub. Nə üçün öz eybini yox, başqasının eybini görüb.
|