Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


QİYAMƏTİN PARLAQ HƏQİQƏT GÜNƏŞİ



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə70/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   66   67   68   69   70   71   72   73   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

QİYAMƏTİN PARLAQ HƏQİQƏT GÜNƏŞİ 
Bəli, dünya gecədir, zülmətdir. Kimsənin kimsədən, 
hətta öz batinindən xəbəri yoxdur. İşlərin üzərinə pərdə 
çəkilib. Amma Qiyamət gündür, gündüzdür. Doğrudan 
da gecəsiz bir gündür. Elə bir gün ki, o gün 50 min il 
parlayacaq, həqiqət günəşinin işığında kimliyimizi, 
başqalarının kimliyini anlayacağıq. 
QİYAMƏTDƏ QORXU DAYANACAĞI 
Dedik ki, Qiyamət dayanacaqlarından biri heyrətdir. 
Digər bir dayanacaq qorxudan sükutdur ki, bu baradə 
Quranda belə buyurulmuşdur: “Allahın qarşısında səslər 
kəsilər, pıçıltıdan (həm-həmə) savayı bir səs eşidilməz.” 
(20-ci surə, 108-ci ayə) “Səslənmək istəyərlər, amma 
qorxudan ürəklər boğazları tıxaclar.” (“Mömin” surəsi) 
Digər bir dayanacaqda söhbət gedər, adamlar bir-
birlərinin günahlarını, savablarını soruşarlar. (37-ci surə, 
72-ci ayə) 


 
МӘАД 
108 
ÇƏYİRTKƏ KİMİ PƏRAKƏNDƏ DAĞILARLAR 
Digər dayanacaqda hamı bir-birindən: ata oğuldan, 
qadın ərindən, qardaş-qardaşdan və s. qaçarlar. Quranda 
xalqın o günkü halı “pərakəndə pərvanələr” kimi tə”bir 
olunub (103-cü surə, 3-cü ayə). 
“Tur” surəsində (7-ci ayə) buyurulur: “Kafirlərin 
gözlərindən qorxu yağar, qəbirlərindən çıxıb, məhşər 
səhrasında çəyirtkə tək dağılarlar.” Diqqət etmisinizmi
çəyirtkələr necə nizamsız uçur? Bəzisi aşağı, bəzisi yuxarı, 
bir dəstəsi sağa, bir dəstəsi sola uçub pərakəndə şəkildə 
dağılırlar. Qadınla ər də bir-birlərindən beləcə qaçar
pərakəndə olarlar. Amma bu qaçmağın faydası olmaz. 
QAÇMAQLA QURTULMAZLAR 
“Ər-rəhman” surəsinin təfsirində buyrulur: O gün 
birinci göy (təbəqəsi) mələklərinə əmr olunar ki, yerə 
enib, insanları dairəyə (mühasirəyə) alsınlar, ikinci göy 
mələkləri birinci göy mələklərinin dövrəsini tutsunlar. 
Beləcə, yeddi cərgəlik mələklərdən ibarət ilahi qoşun 
məhşər səhrasını dövrəyə alar. (55-ci surə, 33-cü ayə) “Ey 
cin və ins, bacarırsınızsa qaçın, amma bu, qeyri-
mümkündür” (təfsir). O gün insan deyər: “Hara qaçım, 
hara gedim?” (75-ci surə, 10-cu ayə). Amma qaçmağa heç 
bir yer yoxdur, Allaha tərəf qayıtmaqdan savayı! (Əlbəttə, 
bu cəhət, yol Allahla olanlar üçündür, başqaları üçün 
sığınacaq yoxdur.) (75-ci surə, 11-ci ayə) 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin