Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


HƏTTA ALOVU ÜFÜRMƏK DƏ YAZILIR



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə72/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   68   69   70   71   72   73   74   75   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

HƏTTA ALOVU ÜFÜRMƏK DƏ YAZILIR 
Rəvayətlərdən belə anlaşılır ki, hər kəsin iki kitabı 
(dəftəri, naməsi) vardır-savab kitabı və günah kitabı. 
İnsanın bütün əməlləri, hətta alovu üfürməsi də qeyd 
olunur. “Əl-Qəmər” surəsinin 52-53-cü ayələrində 
buyurulur: “Onların etdikləri hər şey dəftərlərdədir. Hər 
bir kiçik və böyük günah yazılmışdır!” 
BOŞ DANIŞAN CAVANLARA ƏLİ (ƏLEYHİSSALAM)-
IN BUYURUĞU 
Şeyx Səduqun “Əqidələr” kitabında nəql olunub ki, bir 
gün Əli (əleyhissalam) yoldan ötərkən boş-boş danışıb, 
gülən bir dəstə cavan gördü. Həzrət buyurdu:-Niyə əməl 
namənizi bu işlərlə qaraldırsınız? Dedilər:-Ya Əmirəl-
möminin, bunlar da yazılırmı? Buyurdu:-Bəli, hətta 
aldığınız nəfəs də yazılır... 


AYӘTULLAH DӘSTĞEYB
111 
Bəli, insanların əziyyətini aradan qaldırmaq üçün 
yoldan bir tikan, daş götürüb atmaq kimi xırda əməllər də 
hədər olmayacaqdır. 
ƏMƏL NAMƏSİNİN HİKMƏTİ 
Əməl naməsi nə üçündür? Əməlisalehlərin əməl 
dəftərinin məlaikələrin göyə qaldırmaq, günahkarların 
əməl dəftərlərini siccinə (Cəhənnəmin alt təbəqəsi) 
endirməsi nə üçündür? 
Cavab: Allah-Taala insanın günaha batmasını istəmir. 
Buna görə də onun üstünə nəzarətçi qoyur. Bəli, insan öz 
üzərində müfəttişi görəndə, ehtiyatlı olur. 
Ey günahkar insan, sənin həya edib, günahdan 
uzaqlaşmağın üçün Allah-Taala sənin bədən üzvlərinə 
əlavə olaraq iki müfəttiş də müəyyən edib. (Ayıq ol!) Bu iş 
möminlərin də xeyrinədir-saleh əməllərin dəyəri daha da 
aşkarlanar. 
ƏLAÇI ŞAGİRDİN SEVİNCİ: “BAXIN, MƏNİM 
GÜNDƏLİYİMƏ BAXIN!” 
Dərsindən əla qiymət almış şagird necə də sevinir, 
fəryad qoparır: gəlin, gəlin mənim gündəliyimə baxın, 
hamısı ə”ladır! Qiyamətin səhəri də əməl naməsi əlinə 
verilmiş möminlər beləcə sevincli, şaddırlar: Ey dostlar, 
ey tanışlar, gəlin mənim əməl naməmi oxuyun, namazlar, 
oruclar, sədəqələrim qəbul olub, baxın, mən dünyada bu 
günümün, hesabımın fikrində olmuşam. Belə bir şəxs 
xoşbəxtlikdə, əbədi rahatlıqda, böyük Behiştdə olacaqdır. 
Amma vay o şagirdin halına ki, “iki” alıb rədd edilib. 
Küçələrdə başı aşağı, asta-asta ötüb, ağlaya-ağlaya evə 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin