МӘАД
116
HAQQIN MİZANI ƏLİ (ƏLEYHİSSALAM)-DIR
İynə ucu qədər səhvi olmayan ilahi ədalət mizanı Əli
(əleyhissalam)-dır. Əvvəlkilərin və sonrakıların namazları
gətirilər və Əli (əleyhissalam)-ın namazı ilə ölçülər.
Həzrət Sadiq (əleyhissalam) buyurmuşdur: “İnsanların
ibadətlərini və əməllərini ölçmək üçün peyğəmbər,
övsiya, Əhli-beyt (əleyhimussalam) mizanları qurular.
Qiyamətin səhəri namazlarımızı gətirər və belə ölçərlər:
Əlinin namazı kimidir, yoxsa yox? Əli (əleyhissalam)-da
olan kamillik sifətlərindən bizdə var, yoxsa yox? Səxavət,
şücaət, qeyrət, mərdlik, kərəm, rəhm, insaf və s. bizdə də
varmı?
Əlbəttə, ibadətlərin Əli (əleyhissalam)-ın ibadəti kimi
olması qeyri-mümkündür, amma ibadətimizin istiqaməti
zidd, haqq mizanından kənar olmasın. Əgər harama əl
uzadıb, xalqın malını yemisənsə, bu mizandan kənarsan.
Dostları ilə paylaş: