Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə77/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   73   74   75   76   77   78   79   80   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
118 
mizanından əyilməyək. Haqq mizanı isə Əmirəl-
möminindir. (Bir iş görəndə düşünək ki, Həzrəti Əli 
(əleyhissalam) bu işi görərdimi?) 
HESABA GÖRƏ ADAMLAR DÖRD YERƏ 
AYRILIR 
Qiyamət günündə hesab verənlər dörd dəstədirlər: bir 
dəstə Behiştə hesabsız daxil olar-onlar Əhli-beyt 
(əleyhimussalam) dostlarıdır ki, günah etməmiş və ya 
dünyadan tövbəsiz getməmişlər; ikinci dəstə Cəhənnəmə 
hesabsız daxil olar-onlar dünyadan e”tiqadsız, imansız 
gedənlərdir. 
(İmansız 
olduqlarından, 
əməlləri 
də 
faydasızdır.) 
BİR GÜNAH ÜÇÜN YÜZ İL ƏZAB 
Əməllərinin hesabı olan, Qiyamət dayanacağında 
gözləyən adamlar üçüncü dəstədir. Bu adamların xeyir 
əməlləri daha çox olduğundan, nicat tapmışlar. Onların 
dayanacaqda 
məəttəlçiliyi, 
gözləmələri 
günahları 
qədərdir. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) 
ibni Məs”uda buyurdu: “İnsan bir günah üçün yüz il 
məəttəl olar.” Rəvayətdə söhbətin hansı günahlardan 
getdiyi deyilməyib. Möminlər hesab gözləməsindən 
qorxub, bütün günahlardan çəkinməlidir. 
Dördüncü tayfa pis işləri yaxşı işlərindən çox 
olanlardır. Əgər Allah onları bağışlayarsa, nicat taparlar 
və Behiştə gedərlər. Əgər bağışlanmasalar, yerləri əzab və 
oddur. Yalnız günahlardan paklandıqdan sonra Behiştə 
daxil olarlar. Zərrəcə imanı olanlar Cəhənnəmdə, odda 
qalmayacaqlar (əbədi od kafir və zalımlarındır). Əməllər 


AYӘTULLAH DӘSTĞEYB
119 
nə qədər gözəl və çox olsa da, e”tiqadsız insan Behiştə 
aparılmayacaq. Çünki Behiştə daxil olmağın şərti Allah və 
Onun ayələrinə imandır. Axı Allaha inanmayan kəs, 
Behiştə necə gedə bilər?! 
TƏQVANIN YETƏRLİYİ İMANLI ÖLÜMDÜR 
“Biharda”da bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi 
və alihi və səlləm) buyurmuşdur: “Hər kəs bir ərəbin 
(yolçunun) səfər yeməyini hazırlasa, onun təqva 
ehtiyatına mən zaminəm.” Salman ərz etdi: “Ya 
Rəsuləllah, təqva ehtiyatı (tədarükü, yetərliyi) nədir?” 
Buyurdu: “Ölüm zamanı “La ilahə illəlah” demək. Əgər 
bunu 
desən, 
bizi 
görərsən, 
deməsən 
bizi 
də 
görməyəcəksən.” 
Tovhid kəlməsini (la ilahə illəllah) deməkdə məqsəd 
iman və e”tiqadlı ölümdür. Əgər canvermə halında 
(səkərat) zəiflikdən dil danışmasa da, qəlbin imanı 
kifayətdir. Təlqini ürəkdən keçirmək kifayətdir. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin